Euronews Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumuna dair reportaj yaydı
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Euronews" telekanalı Azərbaycanın 3-cü Milli Şəhərsalma Forumuna (NUFA3) həsr olunmuş reportaj hazırlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə telekanalın saytında material dərc olunub.
Materialda bildirilir ki, Azərbaycan 2026-cı ilin yazında ölkədə keçiriləcək Dünya Forumundan əvvəl şəhərsalma üzrə dünya mütəxəssislərini bir araya gətirib.
Telekanal vurğulayır ki, Xankəndidə keçirilən Milli Şəhərsalma Forumu dayanıqlılığı, inklüzivliyi və dəyişikliklərə uyğunlaşma xüsusiyyətinə görə fərqlənən şəhərlərin yaradılması yollarını müzakirə etmək üçün 64 ölkədən 400-dən çox iştirakçını birləşdirib.
"Euronews"da Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri Anar Quliyevin aşağıdakı sitatı da yer alır:
"Biz beynəlxalq tərəfdaşlarla, xüsusən də dizayn təşkilatları ilə əməkdaşlığa başlamışıq və davam etdiririk. Bu, bizə dünya trendlərinə və standartlara uyğunlaşmağa kömək etməklə yanaşı, eləcə də milli peşəkar potensialın artmasına töhfə verir, çünki Azərbaycanda fəaliyyət göstərən hər bir beynəlxalq şirkət ən azı bir, çox vaxt isə bir neçə Azərbaycan memarı ilə əməkdaşlıq edir".
Reportajın sonunda qeyd edilib ki, iqlim və ictimai səhiyyə ilə bağlı artan çətinliklər fonunda şəhərsalma forumu təcrübə mübadiləsi, eləcə də innovasiyaların, beynəlxalq əməkdaşlığın daha dayanıqlı, komfortlu şəhərlərin yaradılmasına necə kömək edə biləcəyini müzakirə etmək üçün vacib platformaya çevrilib.
"Euronews" Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumuna dair reportaj yaydı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Oktyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















