Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar?
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısına dair "Maliyyə Sabitliyi Hesabatı"nda məlumat verilib.
Hesabata görə, 2026-cı il iyunun sonuna ölkə üzrə təklif olunan mənzillərin median aylıq kirayə haqqı 917 manat təşkil edib. Bu göstərici əsasında hesablanan daşınmaz əmlakın kapitalizasiya müddəti 23 ilə yüksəlib. Ötən ilin sonu ilə müqayisədə bu müddət 2.1 il artıb.
Mərkəzi Bank müddətin uzanmasını mənzil qiymətlərinin bahalaşması və kirayə haqlarının həmin artımla müqayisədə nisbətən aşağı səviyyədə qalması ilə əlaqələndirib.
Hesabatda qeyd olunub ki, 2026-cı ilin ilk yarısında mənzil qiymətləri illik müqayisədə 8.4 faiz artıb. İlkin mənzil bazarında qiymət artımı 12.7 faiz, təkrar mənzil bazarında isə 8.3 faiz təşkil edib.
Beləliklə, mənzil qiymətlərinin kirayə haqlarından daha sürətlə artması daşınmaz əmlaka yatırılan vəsaitin kirayə gəlirləri hesabına geri qazanılması müddətini uzadıb.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 13 Oktyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















