Icma.az
close
up
RU
Ev almaq üçün ən sərfəli variantlar: Kimlər uduzmaz?

Ev almaq üçün ən sərfəli variantlar: Kimlər uduzmaz?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. Son vaxtlar əmlak qiymətlərinin fantastik şəkildə artması ya ev almaq istəyənləri bu arzudan uzaqlaşdırır, ya da daha ağıllı və strateji qərarlar verməyə vadar edir. Maraqlıdır, bir gənc mənzil şəraitini yaxşılaşdırmaq istəyirsə, hansı variantlardan istifadə edə bilər?

Şəhərin güvənilən tikinti şirkətlərindən biri daxili kreditlə üç illik kreditlər təklif edir. Lakin evlərin iki-üç il ərzində hazır olacağını bildirirlər. Üçotaqlı mənzil üçün 48 853 manat ilkin ödəniş verməli, 36 ay ərzində 3166 manat ödəməlisiniz. Mənzilin nağd dəyəri isə 162 843 manat təşkil edir. Şirkətlərin uzunmüddətli ipoteka şərtləri də mövcuddur. Mənzillərin bir kvadratmetri 1900-2000 manatdan başlayır. Təbii ki, yerləşmə yerinə görə qiymətlər dəyişir. Şəhərin mərkəzinə doğru gəldikdə, ilkin ödəniş 60-70 minə qədər artır. Digər tikinti şirkəti isə 20-30 faiz ilkin ödənişlə kvadratmetri 1900-2290 manatdan başlayan qiymətlərlə mənzil təqdim edir. Tikinti şirkətlərinin daxili kreditlərinin orta hesabla illik faizi 10 faizdir. İlkin ödəniş 10-30 faiz arasında dəyişir. Müqavilə birbaşa tikinti şirkəti ilə imzalanır. Müddəti maksimum 20 ildir.

MİDA, ipoteka kreditləri, bank üsulu...

Həmçinin ev almaq istəyən gənc ailələr üçün digər üsullar da mövcuddur. Bunlardan ən sərfəlisi Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil layihəsidir. Əsas üstünlükləri ondan ibarətdir ki, evlərin qiymətləri bazar qiymətindən aşağıdır və illik dörd faizlə 30 ilədək güzəştli ipoteka krediti imkanı verir. Mənzillər tam təmirli təqdim edilir.

İkinci üsul dövlət ipoteka kreditləridir. Güzəştli ipoteka illik dörd faizlə 30 ilədək müddətdə, adi ipoteka isə illik 6-8 faizlə 25 il müddətinə qədər verilir. İlkin ödəniş kimi seçdiyiniz mənzilin qiymətinin ən azı 10 faizini ödəməlisiniz.

Növbəti üsul kommersiya banklarının ipoteka kreditləridir. Dövlət ipotekası ilə müqayisədə bankların faiz dərəcələri yüksəkdir. İllik 10-15 faiz arasında dəyişir və 25 il müddətinə verilir.

İlkin ödənişi sərfəli olan variant

Mənzil sahibi olmaq istəyənlər üçün növbəti layihə İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil layihəsidir. Bu layihə Bakı, Abşeron, Sumqayıt, Masazırda təqdim olunub. "Dərnəgül” stansiyası yaxınlığında yerləşən sonuncu layihədə birotaqlı evlərin aylıq qiymətləri 954, ikiotaqlı evlərin qiyməti isə 1300 manatdan başlayır. Bu mənzillərdə kirayə müddəti bitdikdən sonra mənzil mülkiyyətə keçirilir. Bu layihəni digərlərindən fərqləndirən mühüm cəhət ilkin ödənişinin az olmasıdır. İlkin ödəniş aylıq qiymətlərin 12 mislidir.

"Hazırda ev alanlar uduzmaz”

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, daşınmaz əmlak qiymətlərində bahalaşma müşahidə olunub: "Növbəti illərdə də qiymət artan templə davam edəcək. Bu il qiymət artımına söküntü işlərinin aparılması, ipoteka kreditlərinin verilməsi təsir etdi. Amma bu qiymətlərlə də hazırda ev alan şəxslər uduzmaz”.

Mütəxəssis deyir ki, hazırda qiymətlər infrastrukturun inkişaf etdiyi yerlərdə yüksəkdir.

"Yeni tikililər bazar qiymətindən xeyli yüksəkdir”

Mənzil axtarışında olanlar düşünürlər ki, köhnə tikililərdən mənzil almaq daha sərfəlidir. Mütəxəssis bildirir ki, hazırda yeni tikililərin alıcısı daha çoxdur: "Yeni tikili daha müasir olduğu üçün onun alıcısı çoxdur. Köhnə tikililərdən mənzil almaq istəyənlər daha çox plana düşəcək ərazilərdən almağa çalışır. Çünki plana düşən ərazilərdən alınan əmlakla sonra onun yerində yenidən ərsəyə gələn mənzilin qiymətləri arasında ən az 25-30 faiz fərq olur”.

Həmsöhbətimiz bildirir ki, dövlət ipotekası ilə ev almaq daha sərfəli hesab olunur: "Dövlət ipotekası şərtlərinə hər kəs cavab vermir. Amma daxili kreditlə ev almaq daha rahatdır. İlkin ödənişi çox etdikdə, bəzən endirim almaq imkanınız da olur. Amma ipotekanın üstünlüyü odur ki, köhnə tikililərdən də ev almaq mümkündür. Daxili kreditlərə 2026-cı ildən müraciət etməyi daha sərfəli hesab edirəm. Çünki hazırda bazarda çox mənzil təqdim edilmir və rəqabət də azdır. 2026-cı ildə satışa çıxarılacaq mənzillərin sayında artım olması gözlənilir. Rəqabət çox olduqda, endirimlə mənzil sahibi olmaq şansı artır”.

Ev tikmək sərfəli deyil?

Bəziləri torpaq sahəsi alıb fərdi ev tikməyi daha sərfəli hesab edir. Əmlak eksperti vurğulayır ki, hazırda bu üsul o qədər də sərfəli deyil: "Əslində, bu gün torpaq alıb ev tikmək sərfəli deyil. Köhnədən ərsəyə gələn əmlakı almaq və üzərində müəyyən tikinti işləri etmək daha sərfəlidir. Tikinti materialları da bahalaşdığından ev tikmək baha başa gəlir”.

Ev alarkən diqqət edilməli məqamlar...

Mütəxəssis vurğulayır ki, Bakıda mənzil almaq istəyən alıcılar həm yeni tikililərdə, həm də köhnə evlərdə bir sıra vacib məqamlara diqqət yetirməlidirlər. Çünki müəyyən risklər mövcuddur və alıcıların hüquqlarını qorumaq üçün əvvəlcədən məlumatlı olmaq önəmlidir: "Köhnə mənzillərdə əsas risk aşınmadır, binanın fiziki olaraq köhnəlməsidir. Aşınmış tikililərdə yaşayış üçün təhlükəsizlik və əlavə təmir xərcləri alıcının üzərinə düşə bilər. Belə mənzillər alınmazdan öncə texniki baxış və ekspertiza tələb olunur. Yeni tikililərdə isə daha fərqli, lakin bir o qədər də vacib problemlər ortaya çıxır. Ən çox rast gəlinən hallardan biri müqavilədə göstərilən ümumi sahə ilə çıxarışda qeyd olunan faktiki sahə arasındakı fərqdir. Tikinti şirkətləri bəzən çöl divarlarını da ümumi sahəyə daxil edərək müqavilə bağlayır. Bu isə qanunvericiliyə ziddir. Məsələn, müqavilədə 100 kvadratmetr olaraq göstərilən mənzil, çıxarışda 82-85 kvadratmetr ola bilər. Bu da 15-17% arası sahə itkisi deməkdir”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see255

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see237

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see232

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see231

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see228

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see226

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see219

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see216

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see206

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see204

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see192

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see190

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see188

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see187

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see182

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see181

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see179

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see170

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri