Evdə bağlanmış bankaları nə qədər saxlamaq olar?
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İstifadə müddəti bitmiş evdə hazırlanmış konservlərin istehlakı sağlamlıq üçün təhlükə yarada bilər.
Bakıvaxtı.az xəbər verir ki, "Roskaçestvo"nun (Rusiya Keyfiyyət Sistemi) mütəxəssisləri RT-yə müsahibələrində evdə hazırlanmış konservlərin saxlanma müddəti ilə bağlı məlumat veriblər.
Mütəxəssislərin sözlərinə görə, konservlərin saxlanma müddəti məhsulun növündən və konservləşdirmə üsulundan asılıdır.
Belə ki, hermetik qablarda duzlu və marinad edilmiş tərəvəzlər iki il, sirkə ilə marinad edilmiş tərəvəzlər isə bir il ərzində saxlanıla bilər.
Kələm turşusunun hazırlandıqdan sonra səkkiz ay ərzində istehlak edilməsi tövsiyə olunur.
Leço və tərəvəz kürüsünün saxlanma müddəti 10 ay, mürəbbə və kompotların isə bir ildir.
Marinad edilmiş və duza qoyulmuş göbələklərin də saxlanma müddəti bir il təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 23 Avqust 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















