Evdə dərs keçmək üçün qaydalar açıqlandı: 8 nəfər, 2 saat...
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”nda tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılıb.
Bu barədə "Yeni Sabah"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışını genişləndirməkdir. Dördpendirli pizza
Tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, eləcə də erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər müraciət edə bilərlər. Şəxsi mənzilində və ya digər uyğun məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər də qeydiyyatdan keçə bilər.
Namizədlərdən minimum tam orta təhsil, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Onlar xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, təqdim edilən məkan isə təhlükəsizlik və sanitariya-gigiyena normalarına cavab verməlidir.
Qruplarda 4-8 uşaq olacaq. Təlimlər həftədə 4 gün, gündəlik 2-2,5 saat müddətində keçiriləcək. Tədris prosesi oyun əsaslı və məktəbəhazırlıq yönümlü təşkil olunacaq.
Qrupların fəaliyyəti mentor və metodistlər tərəfindən mütəmadi dəstəklənəcək və monitorinq ediləcək.
Qeyd edək ki, müraciət üçün son tarix 23 sentyabr 2026-cı il müəyyənləşdirilib. Müraciətlər qiymətləndirildikdən sonra növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 18 Sentyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















