Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ağ Evdə 2 saat 15 dəqiqəlik müzakirə...

Ağ Evdə 2 saat 15 dəqiqəlik müzakirə...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Türkiyə-ABŞ danışıqları nə vəd edir?

Tramp: Prezident Ərdoğan öz ölkəsində, bütün Avropada və bütün dünyada çox hörmətlidir

Dünyada baş verən və ya illərdir ki, davam edən konfrantasiyaların həlli yeni iqtisadi-siyasi münasibətlər sisteminin ən əsas tələbi kimi gündəmə gəlir. Diqqət yetirsək, 2025-ci ilin əvvəlindən etibarən bu istiqamətdə atılan addımlar daha dinamik və effektiv təsir bağışlayır. Təbii ki, burada aparıcı amil kimi ABŞ Prezidenti Donald Trampın bu kimi məsələlərə münasibəti ön plana çıxır - Ağ Evin yeni-köhnə kataklizmlərin həlli ilə bağlı müəyyənləşdirdiyi siyasət kursu mühüm nəticələr verməkdədir. Ağ Evin regional problemlərin həllində barışdırıcı missiya üstlənməsi həm də qlobal əməkdaşlıq indeksinin yüksəlməsinə yol açır - xüsusilə, ayrı-ayrı bölgələrin yeni reallıqlar əsasında inkişaf xətti müəyyənləşdirməsi üçün zəmin mövcuddur. Ən mühüm amil isə regional güc mərkəzlərinin bu proseslərdəki aktiv iştirakıdır - ABŞ özünün müttəfiqi və ya tərəfdaşı olan bu regional güc mərkəzləri ilə işbirliyini daha da irəliyə aparmaqda maraqlı görünür. Son proseslər də bunu təsdiqləyir - məsələn, rəsmi Vaşinqtonun avqust ayında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına hədəflənən fəaliyyəti, Bakı ilə əməkdaşlıq əlaqələrinin güclənməsi yönündə həm verilən mesajlar, həm də atılan addımlar deyilənləri təsdiqləyir.

Ankara regional lider statusunda...

Sirr deyil ki, dünyanın ən ağrılı və təəssüf ki, “tarixi” münaqişə ocaqlarından biri də Yaxın və Orta Şərqdir. Bu bölgədə sabitliyin formalaşdırılması istiqmətində aparılan siyasi fəaliyyətlər zaman-zaman epizodik effektlər versə də, sonradan köhnə məcrasına qayıdıb. Son illərdə isə bu məsələnin inkişaf xətti dəyişib. Xüsusilə Türkiyənin regional güc mərkəzi kimi önə çıxması, siyasi səhnədə tənzimləyici faktora çevrilməsi, terrorizmə qarşı mübarizəni daha effektiv bir dərəcəyə yüksəltməsi burada əsaslı rol oynayıb. Ankara bu gün bölgənin sabitləşdirici dövləti olmaqla yanaşı, regionun gələcək inkişaf xəritəsinin formalaşmasına da böyük töhfələr verir. Siyasi mütəxəssislərin fikrincə, Türkiyənin regionun sabit gələcəyi ilə bağlı atdığı addımlar qlobal mühitdə də rəğbətlə qarşılanır. ABŞ-da baş tutan Ərdoğan-Tramp görüşü də bu fikri təsdiqləyir.

Görüşdən öncə mətbuat konfransı...

Prezident Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında baş tutan görüşün müzakirə predmetləri olduqca zəngin olub. Türkiyə mətbuatının məlumatına görə, dövlət başçıları Qəzza, Suriya, Rusiya-Ukrayna müharibəsi, “F-35” və “F-16” döyüş təyyarələrinin alınması kimi kritik məsələlər üzərində müzakirələr aparıblar. Tramp görüşün əvvəlində verdiyi açıqlamada Prezident Ərdoğana xitabən “O, dünyada çox hörmətlidir”, deyib.

Liderlər görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırmaq üçün “Oval kabinetə” keçiblər. Mətbuat konfransında iştirak edən ABŞ nümayəndə heyətinə vitse-prezidenti J.D.Vens, ABŞ Dövlət katibi Marko Rubio və ABŞ-ın hərbi naziri Pit Heqset daxil olub. Türkiyəni isə Xarici işlər naziri Hakan Fidan, Milli Müdafiə naziri Yaşar Gülər və Energetika naziri Alparslan Bayraktar və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın təmsil edib. 

Ərdoğan: Cənab Trampın həm birinci, həm də ikinci prezidentliyi dövründə...

Prezident Ərdoğan səfərlə və görüşlə bağlı məmnunluğunu ifadə edib. “Cənab Trampın həm birinci, həm də ikinci prezidentliyi dövründə Türkiyə-ABŞ münasibətlərində fərqli bir proses yaşanır. İnanıram ki, bu gün “F-35”, “F-16” və Halkbank ilə bağlı məsələlər ətrafında hərtərəfli müzakirə aparmaq fürsətimiz olacaq. Heybeliada məktəbi ilə bağlı üzərimizə düşən hər şeyi etməyə hazırıq. Bu məsələni cənab Varfolomey (İstanbul Provaslav Kilsənin baş yepiskopu) ilə də müzakirə etmək imkanımız olacaq”, -deyə Prezident Ərdoğan bildirib. 

Jurnalistin “Siz əvvəllər də Prezident Trampın sülhə can atdığını bildirmisiniz. Siz həm də regionun bir çox liderləri ilə görüşlər keçirirsiniz. Gələcəkdə necə, birlikdə işləyə bilərsinizmi?” sualına cavabında Prezident Ərdoğan deyib ki, “Bunu inandığım üçün bunları deyirəm. Bölgədəki çətinlikləri əl-ələ verərək birlikdə aradan qaldıracağımıza inanıram”.

Tramp: Ərdoğan Suriyanı xilas etdi...

Donald Tramp isə çıxışına Türkiyə Ordusunun heyrətamizliyini vurğulamaqla başlayıb. O bildirib ki, Prezident Ərdoğanı Ağ Evdə qəbul etmək bizim üçün şərəfdir. Tramp deyib: “F-35”ləri müzakirə edəcəyik. Düşünürəm ki, müzakirələrimiz uğurlu olacaq. Siz “F-35”ləri görmək istəyirsiniz. Biz onları çox ciddi müzakirə edirik. Burada mühüm məsələlər var və onlar müzakirə olunacaq. İnanıram ki, effektiv görüşümüz olsa, CAATSA sanksiyalarını dərhal ləğv edə bilərik”.

Qeyd edək ki, CAATSA “Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı”nın ingiliscə abbreviaturasıdır. 2020-ci ilin dekabrında ABŞ Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi almasına görə CAATSA çərçivəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.ABŞ Maliyyə Nazirliyi Müdafiə Sənayesi Nazirliyini sanksiyalar siyahısına əlavə edib. Bu, ABŞ-dan avadanlıq və texnologiya ixracı üçün lisenziyalar almasına və beynəlxalq maliyyə institutlarından kredit götürülməsinə mane olur.

Prezident Tramp Rəcəb Tayyib Ərdoğanla uzun müddətdir ki, dost olduqlarını deyib: “O, çox hörmətli bir insandır, öz ölkəsində, bütün Avropada və bütün dünyada çox hörmətlidir. Ona böyük hörmətim var. Uzun müddətdir yaxşı münasibətimiz var. Türkiyə prezidenti ilə yanaşı olmaq məni çox xoşbəxt edir. O, çox sərtdir, ölkəsində də yaxşı işlər görür”.

Tramp qeyd edib ki, Türkiyə ilə ABŞ arasında iqtisadi məsələlər də müzakirə ediləcək.

Dövlət başçısı vurğulayıb ki, müzakirə ediləcək məsələlər arasında Qəzza problemi də yer alacaq: “BMT Baş Assambleyası çərçivəsində Ərdoğan və bəzi müsəlman liderlərlə birgə Qəzza zirvəsi baş tutdu. Bölgənin liderləri ilə əla danışıqlarımız oldu. Biz saziş bağlamağa çox yaxınıq. Girovları xilas edəcəyik. Qəzza ilə bağlı addımlar atıla bilər. Liderlərlə gözəl danışıqlarımız olub. Biz İsraillə də görüşəcəyik. İnanıram ki, biz bunu edə bilərik. Amerikalı girovlar da daxil olmaqla bütün girovları xilas etmək istəyirik”.

Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı bunları deyib: “Prezident Ərdoğana hər iki tərəf hörmət edir. Mən də ona hörmət edirəm. O, neytral olmağı xoşlayır. Hazırda ata bilcəyi yeganə addımı Rusiyadan neft almamaqdır. O, Putini çox yaxşı tanıyır”.

Tramp yeddi müharibəni dayandırdığını söyləyib və bildirib ki, bunun asan olacağını düşünməkdə yanılıb: “Rusiya milyonlarla dollarlıq silahdan istifadə edib, nəticədə həqiqətən heç nə qazana bilməyib. İqtisadiyyatı çox pis vəziyyətdədir. Heç bir səbəb olmadan minlərlə insanı öldürürlər. Müharibə başlanan zaman mən prezident olsaydım, bu müharibə başlamazdı”.

ABŞ prezidenti açıqlamasında Suriya ilə bağlı mesajlar da verib: “Prezident Ərdoğan Suriyanın azadlıq mübarizəsi üçün böyük işlər görüb. O, Suriyanı xilas etdi. Mən Suriyaya tətbiq edilən sanksiyaları aradan qaldırdım. Suriyanın xilasında, əldə edilən qələbədə Ərdoğanın payı böyükdür, bu, Türkiyənin qələbəsi idi. ABŞ məhz Ərdoğanın istəyi əsasında sanksiyaları qaldırıb”.

ABŞ ilə Türkiyə arasında Anlaşma Memorandumu...

İki lider arasında görüş 2 saat 15 dəqiqə davam edib. Ənənəvi şəkildə Ağ Evin qonaqlarını protokol rəhbəri yola saldığı halda, Türkiyə Prezidentini ABŞ lideri şəxsən yola salıb. Prezident Tramp görüşlə bağlı təəssüratlarını bölüşərkən müzakirələrin “Əla!” keçdiyini vurğulayıb. Qeyd edək ki, Prezident Ərdoğan Ağ Evdə Trampla görüşündə Şərəf kitabını da imzalayıb.

Tramp prezident Ərdoğanın əlini sıxaraq “Necəsən, böyük adam?” deyib. Trampın tez-tez Ərdoğana qarşı tərifli ifadələr işlətməsi diqqət çəkib.

Vurğulayaq ki, Türkiyə ilə ABŞ arasında Strateji Mülki Nüvə Əməkdaşlığına dair Anlaşma Memorandumu da imzalanıb. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bununla bağlı “Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində köklü və çoxölçülü tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir proses başlatdıq. Görüşün ardından ABŞ Dövlət Katibi Markonun lideri Rubio ilə birlikdə Strateji Mülki Nüvə Əməkdaşlıq Anlaşma Memorandumu imzaladıq”, deyib.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Sentyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri