Evdə heyvan saxlayırsınızsa, bunu etməyin Xəbərdarlıq
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Evdə siqaret çəkilməsi ev heyvanlarının sağlamlığına ciddi zərər verə bilər. Tüstü heyvanlarda astma, allergiya, ürək-damar problemləri və hətta xərçəng riskini artıra bilər.
Redaktor.az xəbər verir ki, bu haqda həkim Vladimir Qolubev xəbərdarlıq edib.
Ev heyvanları yalnız tüstünü udmaqla zərər görmür. Siqaret tüstüsündəki zərərli maddələr onların tüklərinə və pəncələrinə yapışır. Heyvanlar isə özlərini yaladıqda bu maddələri orqanizmlərinə qəbul edə bilirlər. Evdə siqaret çəkmək heyvanların nikotin və kanserogenlərə məruz qalmasını artırır.
Mütəxəssis siqaret çəkən şəxslərə bunu evdən kənarda etməyi, balkon və avtomobildə də siqaret çəkməməyi tövsiyə edib.
Həmçinin siqaretləri ev heyvanlarının əli çatmayan yerdə saxlamaq vacibdir. Çünki heyvanın siqareti udması ciddi nikotin zəhərlənməsinə, hətta ölümə səbəb ola bilər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 19 Avqust 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















