Icma.az
close
up
RU
Evdə ölümcül təhlükə yaradan 5 ƏSAS SƏBƏB

Evdə ölümcül təhlükə yaradan 5 ƏSAS SƏBƏB

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər bir insanın yaşadığı yeri onun qalası adlandırmaq olar. Lakin bir çoxlarının bu evin divarlarında gizlənən ölümcül təhlükələrdən xəbərləri yoxdur. Buna görə də mütəxəssislər evdə ən təhlükəli olan və onun sakinlərinin ölümünə gətirib çıxaran TOP-5-liyi tərtib ediblər.

Azertag.az xəbər verir ki, siyahıda birinci yerdə adi hava qeyd olunub. Havada allergiyanın ən geniş yayılma səbəbi olan toz gənəsi yaşayır ki, istər-istəməz nəfəsimizlə onu orqanizmə qəbul edirik. Əksər hallarda bu gənə astmanı törədə bilir. Danimarkalı mütəxəssislər müşahidə ediblər ki, astma xəstələri döşəkdə olan tozdan əziyyət çəkirlər. Əgər çarpayıda 1 qram tozda 100 gənə normal hesab edilirsə, 1 qram tozda 110 gənə aşkar olunub. Bunun qarşısını almaqdan ötrü mənzilin havasını tez-tez dəyişmək və rütubətin qarşısını almaq vacibdir. Çünki rütubət gənənin çoxalmasına şərait yaradır.

İkinci yerdə məişət kimyasıdır. ABŞ alimləri standart təmizlik vasitələrini araşdırıblar. Məlum olub ki, onların tərkibində daha çox olan ftalatlar hormonlara və testosteronun yaranmasına təsir edir. Bundan əlavə, evlərdə tozla yanaşı, fenol qalıqları da müşahidə olunub ki, insanlar bununla nəfəs alıblar. Bütün bu cisimlər immunitetə ziyan vurur, hormonal mühiti pozur və nəticədə xərçəngə gətirib çıxarır. Ətirli şamlar da çox təhlükəlidir. Səbəb onların tərkibindəki qurğuşundadır. Hamilə qadınlara bu tip şamdan və çöplərdən istifadə etmək məsləhət görülmür. Əks halda bu, genetik mutasiyaya, astmaya, dermatitə və onkoloji xəstəliklərə səbəb olur.

Siyahıda daha sonra otaq bitkiləri, məsələn, aloe gəlir. Evdə bu bitkidən hazırlanan sulu dərmanlar ürək və əzələ, qaraciyər və allergiya problemləri yaradır. Top-5-lik kiflə qapanır. Kif ağciyər, astma, allergiya və s. xəstəliklərə səbəb olur. Sadəcə, havanın rütubətini izləmək, vanna otağında və mətbəxdə kifin qarşısını vaxtında almaq vacibdir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri