Icma.az
close
up
RU
Kranlardan axan TƏHLÜKƏ Paslı su ölümcül xəstəliyə səbəb olur?

Kranlardan axan TƏHLÜKƏ Paslı su ölümcül xəstəliyə səbəb olur?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Kranlardan gələn paslı su insanları narahat edən problemlərdən biridir. Suyun qəhvəyi və ya narıncı rəng alması adətən köhnəlmiş, paslı borular və borularda yığılan çöküntülərlə əlaqədar olur. Belə olanda insanlar bu su ilə əl-üz yumağın  təhlükəli olub-olmadığını, xüsusilə suyun gözə və ya ağıza təmas etməsinin sağlamlıq üçün risk yarada biləcəyini düşünürlər.
Bəs paslı su həqiqətən nə dərəcədə təhlükəlidir və hansı hallarda ehtiyatlı olmaq lazımdır?
Toksikoloq Arzu Rzayeva Bizim.Media-ya belə açıqladı ki, ümumiyyətlə paslı sudan istifadə etməmək daha doğru olardı, çünki suyun rənginin dəyişməsi borunun köhnəlməsi səbəbindən olmaya da bilər. Ağır metalların suya keçməsi və mikroorqanizmlərlə çirklənmədən də rəng dəyişə bilər:  
“Belə su bir-iki dəfə təmas etməklə ciddi fəsad yaratmaz. Sadəcə həssas dərili insanlarda qıcıqlanma, qızarma, qaşınma yara bilər. Əsas odur ki, ağız və gözə təmas etməsin. Bu cür suyu içdikdən sonra qusma, və ishal yaranırsa  tibbi yardım almaq mütləqdir. İstənilən halda kranı açan kimi istifadə etmək doğru deyil. Suyu açıq qoyub, rənginin şəffaflaşmasını gözləmək lazımdır”.
Paslı su ilə mütəmadi yuyunduqda dəridə, ağız və gözdə nə baş verə bilər?

Həkim bildirdi ki, paslı suda çimmək dermatit və ekzemanı şiddətləndirə bilər. Paslı su dərini qurudur, qabıqlanmaya və qaşınmaya səbəb olur. Xüsusən də astma və ya xroniki dəri problemləri, gözdə konyunktiviti qıcıqlandıra bilər: “Ağızda yaralar, stomatitlər varsa sudakı bakteriyalar üçün əlverişli mühit yarana bilər. Dəmirin özündən birbaşa infeksiya riski yoxdur, lakin köhnə borulardakı hissəciklərdə əmələ gələ bilən bioorqanizmlər potensial təhlükə mənbəyidir".
Pas deyəndə insanların ağlına ilk gələn qorxu tetanus olduğunu nəzərə alaraq paslı suda bu təhlükə ola bilərmi?
Həkim diqqətə çatdırdı ki, tetanusun yaranma mexanizmi bir qədər fərqlidir. Belə ki, tetanus xəstəliyi pasın özündən yaranmır. Xəstəliyə səbəb olan bakteriyadır. O da əsasən torpaqda, tozda və heyvan tullantıları ilə çirklənmiş mühitdə olur. İnsan orqanizminə əsasən kəsik, deşik vasitəsilə daxil olur.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri