Icma.az
close
up
RU
Evdə saxlanan nağd pulu sığortalamaq MÜMKÜNDÜR?

Evdə saxlanan nağd pulu sığortalamaq MÜMKÜNDÜR?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Evdə pul saxlamaq bir çox insan üçün hələ də adi haldır. Bəzi insanlar illərlə yığdığı pulu banka əmanət etmir, öz evinin müxtəlif yerlərində gizlədərək saxlamağa üstünlük verir. Lakin evdə saxlanılan böyük məbləğdə nağd pulun təhlükəsizliyi ilə bağlı suallar xüsusilə oğurluq hadisələrindən sonra yenidən gündəmə gəlir. Bakının Xəzər rayonunda mənzildən 33 min manatın oğurlanması da bu məsələni aktuallaşdırıb. Belə hadisələr zamanı yalnız pulun necə oğurlandığı deyil, həm də zərərçəkənin itirdiyi vəsaiti geri qaytarmaq imkanının olub-olmaması sual doğurur.
Bundan başqa, yanğın zamanı sığortalanan daşınmaz əmlaka dəyər ödənsə də, faktiki olaraq evdəki nağd pulun aqibətinin necə olacağı bilinmir.
Evdə böyük məbləğdə nağd pul saxlamaqla bağlı risklərə toxunmuşkən alternativ olan bank əmanətlərinin sığortalanması məsələsini də qeyd etmək yerinə düşər. Vətəndaş pulunu bankda əmanət kimi saxladıqda müəyyən şərtlər daxilində həmin vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. ƏSF-nin məlumatına görə, iştirakçı banklarda qorunan əmanətlər üzrə kompensasiya əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə ödənilir. Bununla yanaşı, əmanətin qorunan hesab edilməsi üçün onun faiz dərəcəsi də müəyyən edilmiş həddə uyğun olmalıdır. Hazırda bu hədd manatla əmanətlər üçün illik 12 faiz, xarici valyutada olan əmanətlər üçün isə 2,5 faizdir.
Bəs vətəndaş evində böyük məbləğdə, müəyyən miqdarda nağd pul saxlayırsa, həmin vəsaiti sığortalaya bilərmi?
Məsələ barədə Bizim.Media-ya Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov danışıb.
O, belə bir sığorta növünün olmadığını qeyd edib:
“Təəssüf ki, belə bir sorğu növü yoxdur. Burada bəzi riskli məqamlar var. Həm nağd pul, həm də əntiq əşyalar, yəni qiyməti bəlli olmayan əşyalarla bağlı xüsusi bir sığorta növü mövcud deyil”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Sentyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri