Əvəz Zeynallı 2 ci Fəxri xiyabanda dəfn olunacaq?
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tanınmış jurnalist, “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının vəfatından sonra onun dəfn yeri ilə bağlı müraciət edilib.
Bakıvaxtı.az xəbər verir ki, Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qisuri Zeynallı sosial şəbəkə hesabında jurnalistin 2-ci Fəxri xiyabanda dəfn olunması ilə bağlı müraciət etdiklərini açıqlayıb.
“Əvəz Zeynallının 2-ci Fəxri Xiyabanda dəfn olunması ilə bağlı müraciət edirik və cavab gözləyirik”, - deyə Məlahət Zeynallı bildirib.
Qeyd edək ki, Əvəz Zeynallının vəfat etdiyi barədə məlumat bu gün yayılıb. Yaxınlarının sosial şəbəkələrdə paylaşdığı məlumatdan sonra bir sıra media qurumları da jurnalistin ölümünü təsdiqləyən xəbərlər yayıb.
Əvəz Zeynallı uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. Sentyabrın 22-də Respublika Diaqnostika Mərkəzində əməliyyat olunan jurnalistin vəziyyətinin ağır olduğu həyat yoldaşı tərəfindən açıqlanmışdı.
Sentyabrın 25-də isə onun səhhətinin kəskin pisləşdiyi və müalicəsinin intensivləşdirilməsi məqsədilə dövlət dəstəyi üçün Prezidentə müraciət hazırlandığı barədə məlumat yayılmışdı.
Son məlumatlara əsasən, Əvəz Zeynallının dəfn yeri ilə bağlı ailənin müraciətinə veriləcək cavab gözlənilir.
Murad İsmayıl
Baxış sayı:130
Bu xəbər 28 Sentyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















