Icma.az
close
up
RU
“Əvəzedicilər”də son durum: lider eyni, “Zirə” yüksəlişdə

“Əvəzedicilər”də son durum: lider eyni, “Zirə” yüksəlişdə

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Əvəzedicilər Liqasında 13 tur başa çatıb. “Sabah”ın ikinci komandası 9 qələbə, 1 məğlubiyyət, 3 heç-heçə ilə liderdir. “Bayquşlar” ən yaxın izləyicisi “Zirə-2″ni dörd xal qabaqlayır.

“Sabah”ın uğur yolu

Son illərdə akademiyada gördüyü işlərlə nəticələr əldə edən, ötən mövsüm bir çox yaş kateqoriyasında qızıl medalları qazanan “Sabah” yoluna uğurla davam edir. “Qəbələ” akademiyasından sonra ölkədə ən öndə olan akademiyanın işi müsbət qiymətləndirilir. Görülən işlər klub adına gələcək üçün pozitiv fikirlər yaradır. Ötən mövsüm Əvəzedicilər Liqasında çempion olan “furutistlər” titulunu qorumaq niyyətindədir.

İmkanlarına görə bir çox klubu üstələyən “Sabah”da uşaq futboluna, aşağı yaş qruplarına ayrılan diqqət yüksək səviyyədədir. Heyətdə bir neçə legioner adlar da var ki, artıq onlardan biri – Andrey Santos əsas komandaya qədər yüksəlib. Ümumiyyətlə, “Sabah” son illərdə əvəzedici komandadan əsasa ən çox oyunçu verən kollektivlərdəndir.

Sözdə əvəzedici…

Gənc oyunçuları ilə öyünmək arzusunda olan “Şamaxı“da isə vəziyyət çətindir. “Şirlər”in ikinci komandası 8 xalla turnir cəvdəlinin sonuncu – 10-cu sırasındadır. Əsas komandada baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında yaxşı oyun ritmi yaxalayan, diqqətə düşməyi bacaran Rüfət Abbasov, Edqar Ədilxanov, Oruc Məmmədov kimi gənc oyunçular Premyer Liqada yaxşı mənada ön plandadır. Lakin əvəzedici komandada fərqlənməyi bacaran adlar hələ ki, yoxdur. Bu mövsüm legioner limitinin ləğvi ilə heyətinə bir neçə əcnəbi gətirən “Şamaxı” Premyer Liqa matçlarında həm yerlilərə, həm onlara şans verməyə çalışır. Bu məqamda bəzi yerli oyunçuların ehtiyatda qalması, əvəzedici komandadan gələnlərin heyətə düşə bilməməsi artıq aşağı yaş qrupuna təsirini göstərir. Bu səbəbdən təsadüfi deyil ki, “Şamaxı“nın əvəzedici komandası çempionatda autsayderdir.

“Qarabağ”ın tərs mütənasibliyi

Əsas komandası ilə əvəzediciləri bir-birinə tərs mütənasib olan isə “Qarabağ“dır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv illərdir, çempionluqlarını sıralayır, Çempionlar Liqasında mərhələ adlayır, mütəmadi avrokuboklarda çıxış edir. Amma əvəzedici komandası isə demək olar, “üçlüy“ə düşə bilmir. Mövsümün əvvəlində baş məşqçi postuna Maksim Medvedevin gətirilməsi ilə qismən nəticələrini düzəldən “Qarabağ-2″ 13 turda 24 xal toplayıb və 4-cü pillədədir. Nəticələr indiki məqamda qənaətbəxş olsa da, əsas problem əvəzedicilərdən əsas komandaya yüksələcək oyunçuların yox dərəcəsində olmasıdır. Tək bu mövsüm deyil, əvvəlki illərdə də bu analoji vəziyyət hökm sürüb.

“Neftçi” ki, “Neftçi”…

Premyer Liqada çətin günlərdən keçən “Neftçi”nin əvəzedici komandası isə əvvəlki ampluasındadır. Komanda çempinluq üçün mübarizə aparır. Son dönəmlərdə əvəzedici komandadan əsas heyətə yüksələn Ağadadaş Salyanski, Murad Məmmədov kimi oyunçularda əsas problem şans qazana bilməməlidir. Baş məşqçi postunda tez-tez dəyişiklik edən “ağ–qaralar”da əsas məsələ nəticə qazanmaqdır, gənc yox. Lakin indiki məqamda nəticə də qazanılmır. Uğursuzluq fonunda komandanın taleyinin necə olacağı məlum deyil. Hər kəs narazı, nəticə yox. Əsas komandadakı problemlər əvəzedici komandaya da təsirini göstərib. Əvvəlki illərdə tez-tez bir və ikinci pillə arasında yer dəyişən “ağ-qaralar” indi üçüncü sıraya qədər geriləyib.

“Zirə”nin yüksəlişi

Ötən illərə nəzərən əvəzediciləri inkişafda olan “Zirə”dir. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bundan öncə ikinci “beşlik”də yer alır, bura üçün mübarizə aparırdısa, artıq komanda bu mövsüm ikinci pillədə qərarlaşıb. Əsas komandada son illərdə baş verən irəliləmə əvəzedicilərə də təsirsiz ötüşməyib. “Zirə” üçün əvəzedici komandada nəticə düzəlir, amma oyunçu çıxışı demək olar, yoxdur.

Əvəzedicilər Liqasında 10 komanda mübarizə aparır. Bu mövsümdən elitaya qalxan “Karvan-Yevlax” və “İmişli”də infrastruktur hələ arzulanan səviyyədə deyil. Klublara güzəştlər edilib və əvəzedici komandalar formalaşdırılmayıb. Gələn mövsümdən isə bu güzəşt edilməyəcək. Elita təmsilçiləri artıq bu məsələnin də həlli istiqamətində çalışmalıdır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri