Icma.az
close
up
RU
Evi plana düşən Bakı sakinləri: "48 min manata ev ala bilərəm?"

Evi plana düşən Bakı sakinləri: "48 min manata ev ala bilərəm?"

Icma.az bildirir, Bakupost portalına istinadən.


Paytaxtın Səbail rayonu Salman Mümtaz 30 və 34 (keçmiş Çernyakovski küçəsi) ünvanlarında yaşayan sakinlər evlərinin sökülməsinə narazılıq edirlər. İllərdir bu ünvanda pis-yaxşı yaşayan sakinlər bir müddət əvvəl evlərinin plana düşdüyünü öyrənib. Bir neçə ailə verilən kompensasiya ilə razılaşaraq başqa yerlərə köçüblər. Hazırda orada yaşamağa davam edən sakinlər isə verilən məbləğdən narazıdır. Onlar kompensasiyanın azlığından şilayətlənirlər.

Bakupost.az xəbər verir ki, bu barədə "Real TV"yə danışan sakinlər evləri üçün 40 000 və 48 000 AZN kompensasiya məbləği təklif edildiyini vurğulayıblar:

"Kvadratmetrinə 1500-1550 AZN verdilər. Deyirlər "Evləri boşaldın gedin, sən ev al ya da alma sadəcə çıx get burdan". Mən indi 8 nəfər ailə üzvümlə hara gedim? 40 000 AZN, 60 000 AZN-ə də ev alarlar?" - deyə, həmin ərazidə yaşayan sakin qeyd edib.

Başqa bir sakin isə onun 30 kvadratmetrlik evi üçün ödənilən kompensasiyaya başqa yerdən ev almağın mümkün olmadığını bildirib:

"Gəldilər çəkdilər ölçdülər… mənə 48 000 AZN kompensasiya vermək istəyirlər. Bu 48 000 AZN-lə mən neynəyim? Evim 30 kvadratmetrdir. Bizə ev də vermirlər, sadəcə 48 000 AZN pul verirlər. Deyirlər istəyirsən götür istəyirsən götürmə… Bu 48 000 AZN-lə ev ala bilərəmmi?"

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət edilib.

Qeyd edilib, ki bu məsələ ilə onların heç bir əlaqəsi yoxdur.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanlanıb.

Komitədən bildirilib ki, oradan hələ də köçməyən vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələri bağlanacaq.

Ətraflı videoda:


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri