Icma.az
close
up
RU
Evi plana düşən şəxslərə veriləcək kompensasiyanın MƏBLƏĞİ AÇIQLANDI

Evi plana düşən şəxslərə veriləcək kompensasiyanın MƏBLƏĞİ AÇIQLANDI

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda və şəhər ətrafı ərazilərdə köhnə, qəzalı və ya layihələndirilmiş ərazilərdə yerləşən binaların sökülməsi prosesi son günlər daha da intensivləşib. Bu söküntülər çərçivəsində sakinlərə verilən kompensasiyalar isə ictimaiyyətdə tez-tez müzakirə obyektinə çevrilir.

Əsas sual budur: Kompensasiya necə hesablanır və vətəndaşa real dəyər ödənilirmi?

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında ictimai şuranın üzvü, "Rieltorlar assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov News24.az-a açıqlamasında bildirib ki, əmlakın dəyəri, adətən, müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilir:

"Bu qiymətləndirmə zamanı mənzilin sahəsi, təmiri, mərtəbəsi və yerləşdiyi ərazi kimi amillər nəzərə alınır. Məsələn, bəzi hallarda yaşayış evlərinin hər kvadrat metri üçün 2700 manat, qeyri-yaşayış obyektlərinin isə hər kvadrat metri üçün 3000 manat kompensasiya ödənilməsi planlaşdırılır". 

Elnur Azadov qeyd edib ki, torpaq sahələrinə görə kompensasiya "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna əsasən müəyyən edilir:

"Bu zaman torpağın bazar qiyməti, siyahıya alınma tarixindən əvvəlki 3 ay ərzində həmin torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında hesablanır. Kiçik sahəli mənzillərin sahibləri üçün kompensasiya məbləği yeni mənzil almağa kifayət etməyə bilər. Bu səbəbdən diferensial kompensasiya məbləğlərinin tətbiqini təklif etmək olar. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər". 

Söküntü aparılan ərazilərdə kompensasiya məsələsi insanların həyatını və mülkiyyət hüquqlarını qorumaq baxımından çox vacibdir. Bu proses mülkiyyət sahiblərinin hüquqlarının təmin edilməsi, onların maddi və mənəvi zərərlərinin ödənməsi və eyni zamanda, ictimai maraqların nəzərə alınması üçün tənzimlənir. 

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 İyun 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri