Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Evində kondisioner olanların nəzərinə: Bunu etsəniz, zərər görə bilərsiniz

Evində kondisioner olanların nəzərinə: Bunu etsəniz, zərər görə bilərsiniz

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər ölkədə boğaz ağrısı ilə müşayiət olunan yeni virusun yayılması əhalinin narahatlığına səbəb olub.

Maraqlıdır, bu xəstəlik yalnız yay mövsümünə xasdır, yoxsa kondisioner altında çox qalmaq və soyuq su içmək boğaz problemlərinə səbəb olur? Virusun yayılması ilə gündəlik vərdişlərimizin təsiri arasında necə bir əlaqə var?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, sovet dövründən əvvəl və sovetlər dövründə yuxarı tənəffüs yollarının xəstəliklərinin müəyyən qrupları oxşar əlamətlərlə müşahidə olunub:

“Sovet təbabətində bunlar “kəskin respirator xəstəliklər” və ya sadəcə soyuqdəymə kimi adlandırılıb. İndi isə bu xəstəliklər soyuqdəymə, QRİP və digər respirator infeksiyalar kimi qəbul edilir. Əslində, mahiyyət etibarilə bunlar eyni xəstəlik qrupuna daxildir. Hər iki halda bədən temperaturunda dəyişikliklər fonunda yaranır və həm yay, həm də qış mövsümündə görülə bilər”.

Professorun sözlərinə görə, yayda insanlar buzlu su içir və kondisioner altında uzun müddət qalırlar:

“İnsanlar geyim formasını da düzgün seçmirlər. Bu səbəbdən yuxarı tənəffüs yolları zədələnir. Soyuqdəymə, virus və bakteriyaların –  adenoviruslar, riketsiyalar, paraviruslar və digər patogenlərin aktivləşməsi ilə baş verir. Belə hallarda yuxarı tənəffüs yollarında iltihab əlamətləri, burun tutulması, asqırma, öskürək, səsin tembrinin dəyişməsi müşahidə olunur. Sonrakı mərhələdə baş ağrıları, ümumi halsızlıq, zəiflik, əzələ və bel ağrıları əmələ gəlir”.

A.Qeybulla əlavə edib ki, bəzi hallarda viruslar oynaq ağrılarına da səbəb olur:

Həmçinin oxuyun:

Əhaliyə XƏBƏRDARLIQ – Bu tarixlərdə diqqətli olun!

Adil Qeybulla

“Məsələn, QRİP və koronavirusun oxşar simptomları ola bilər. Koronavirusun SARS versiyası daha çox dad və qoxu itkisi ilə xarakterizə olunur, amma bu hər zaman belə olmaya bilər. Virusların yuxarı tənəffüs yollarında yaratdığı ən ciddi fəsadlardan biri pnevmoniyadır. Ağciyərlərin pnevmoniyası çox vaxt bu viruslardan qaynaqlanır və xəstələrin vəziyyətini ağırlaşdırır. Koronavirusun da bədənə ciddi təsiri var. Bunlar artıq geniş şərhə ehtiyac duymayan faktlardır”.

Müsahibimiz həmçinin kondisionerlərə diqqət yetirməyin vacibliyini vurğulayıb:

“Hər il kondisionerlərin havalandırma kanalları yuyulmalı və təmizlənməlidir. Təəssüf ki, bu iş çox vaxt görülmür. Kondisioner kanallarında legionella bakteriyaları toplanır ki, bu da legionelloz adlı xəstəliyə səbəb olur. Legionelloz qripə bənzər simptomlarla başlayır, lakin daha təhlükəli pnevmoniya yaradır. Kondisionerlərin düzgün istifadə olunmaması nəticəsində həddən artıq soyuma ağciyərlərin soyuşmasına, plevrit və pnevmoniyanın inkişafına gətirib çıxara bilər. Ona görə də kondisionerlə ehtiyatlı rəftar edilməli, otaq çox soyuq saxlanmamalıdır. Xüsusilə hava çox isti olduqda kondisionerdən yanlış istifadə xəstəlik riskini artırır”.

Adil Qeybulla buz kimi soyuq suyu birdən-birə içməyin məsləhət olmadığını da diqqətə çatdırıb:

“Çünki bu da soyuqdəymə hallarını artırır. İnsanlar çox vaxt axşam sərin havada, gündüz isə isti havada düzgün geyinmir və bu da xəstəliklərin yaranmasına səbəb olur. Nəticə olaraq, bu problemlərin əsas səbəbi diqqətsizlik və sağlamlığa laqeyd yanaşmadır. İnsanlar özlərinə daha çox diqqət etməli və profilaktik tədbirləri unutmamalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Avqust 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri