Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Florida ştatınının Kuper-Siti şəhərində yaşayan daşınmaz əmlak sahibi evini satış prosesinin bütün mərhələlərində - qiymətin müəyyən edilməsindən tutmuş danışıqlara qədər ChatGPT-dən istifadə edərək satıb.
Bunun sayəsində o, bazar gözləntilərini üstələyən nəticə əldə edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kişi evi daşınmaz əmlak bazarında fəaliyyət göstərən peşəkar şəxsin proqnozlaşdırdığından (954 800 dollar) 100 min dollar baha sata bilib və sövdələşmə cəmi 5 gün ərzində başa çatıb.
Robert Levin əvvəlcə süni intellektdən qeyri-rəsmi şəkildə istifadə etməyə başlayıb və ev satış prosesi ilə bağlı suallar verib. Daha sonra bu söhbətlər kompleks strategiyanın əsasını təşkil edib. ChatGPT vasitəsilə o, satışın əsas mərhələlərini idarə edib - bazar analizi, qiymətin təyin edilməsi, reklam və danışıqlar.
Hüquqi məsələlərlə bağlı o, vəkilə müraciət edib, baxışların təşkili kimi praktiki işləri isə özü həyata keçirib. Levinin fikrincə, bu metodu texniki bilikləri dərin olmayan insanlar da istifadə edə bilər. O vurğulayıb ki, ChatGPT-dən istifadə əsasən düzgün suallar vermək və dialoq qurmaqdan ibarətdir.
Bununla yanaşı, o qeyd edib ki, mütəxəssislərin rolu aradan qalxmır, lakin süni intellekt istifadəçilərə qərarvermə prosesində daha çox inam və nəzarət imkanı verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 24 Mart 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















