Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Evlənəndə verilən “mehr” Qadınların hüququ necə pozulur?

Evlənəndə verilən “mehr” Qadınların hüququ necə pozulur?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“İslam hüququnda “mehr” – mehriyyə kişinin evlənmək istədiyi qadına verdiyi və ya verməyi öhdəsinə götürdüyü maddi və ya mənəvi dəyərdir. Bu, yalnızca bir hədiyyə deyil, qadının haqqıdır və nikahın əsas sütunlarından biri hesab olunur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov bildirib. O, sözügedən öhdəliyin təfərrüatlarını belə açıqlayıb:

Mehrin verilməsi Qurani-Kərimlə sabit olan dini və hüquqi bir məsuliyyətdir. Ayədə buyurulur: Marqarita pizza

“Qadınlara mehrlərini könül xoşluğu ilə verin. Əgər onlar könüllü olaraq sizə bir hissəsini bağışlasalar, onu yeyin – könül xoşluğu ilə və afiyətlə” (ən-Nisə, 4:4). Burada diqqət çəkən əsas məqam budur ki, Allah mehri kişinin borcu və qadının haqqı kimi təqdim edir. Verilməsi vacibdir. Bu, qadına verilən bir ehtiramın, onun iffətinə, şəxsiyyətinə və ailəyə daxil olmasına verilən dəyərin simvoludur.

Mehr, İslam hüquqşünaslarının ifadəsinə görə, "malumun bizzətil haqq"dır – yəni qadına aid olan qəti hüquqdur. Bu hüquq yalnız qadının razılığı ilə dəyişə və ya ləğv edilə bilər. Bir çoxları mehri sadəcə boşanma ehtimalında alınacaq təzminat kimi görür, bu isə yanlış anlayışdır. Mehr təkcə boşanma halında lazım olan bir əvəz deyil, evliliyin başlanğıcında qadına verilən izzət və iqtisadi təhlükəsizlik simvoludur. Yəni mehr qadını maddi baxımdan gücləndirir və onu kişidən asılı olmadan hüquqi müstəvidə tanınmış müstəqil şəxsə çevirir.

Mehr, Peyğəmbərimizin (s) sünnəsində də çox mühüm yer tutur. Rəsulullah (s) buyurub: “Qadınlara mehrlərini verin. Bu, sizin onların üzərindəki hüququnuzdur” (İbn Macə, Nikah, 9). Başqa bir hədisdə isə ciddi xəbərdarlıq edilir: “Hansı kişi bir qadınla mehr təyin edərək evlənər, sonra bu mehri vermək niyyəti olmadan onunla yaxınlıq edərsə, o kişi zinakar kimi Allahın hüzuruna gətirilər” (Beyhəqi, Sünən, 7/147). Bu hədis göstərir ki, mehrin verilməməsi təkcə hüquqi yox, həm də əxlaqi bir pozuntu və böyük günahdır. Əgər bir kişi mehri verməmək niyyəti ilə qadını aldadırsa, bu, zinaya bərabər bir fəsaddır”.

İlahiyyatçı qeyd edib ki, mehrin miqdarı barədə İslamda müəyyən məbləğ sərhədi qoyulmayıb:

“Amma bu, nə qadını alçaldacaq qədər az, nə də kişini əzəcək qədər çox olmamalıdır. Quran və sünnədə orta mövqe təşviq olunur. Peyğəmbərimiz (s) buyurub: “Ən xeyirli qadın odur ki, mehri az, xərci az olar” (Həkim, Müstedrək). İmam Əli (ə) ilə Həzrət Fatimə (s.ə) arasındakı izdivacda da mehr sadə idi. Həzrət Əli öz zirehini sataraq mehri təmin etmişdi. Bu hadisə tarixdə mehrin yalnız dəyəri ilə deyil, niyyəti və qarşılıqlı razılıqla dəyər qazandığını göstərir.

Fiqh alimlərinin icmasına görə, mehr nikah zamanı müəyyən olunmasa belə, nikah batil sayılmır. Belə hallarda qadın, öz ailəsindəki oxşar qadınların mehrinə uyğun olan "mehrül-misl" almağa haqq qazanır. Bu, xüsusən mehr təyin olunmadan baş verən evliliklərdə qadının hüquqlarının qorunması üçün tətbiq olunur. Məsələn, qadının bacısı və ya əmisi qızı eyni sosial statusdadırsa, onların mehrinə baxılaraq təqribi dəyər müəyyən edilir.

Mehr iki növdə olur: biri müəccəl – yəni dərhal, nikah zamanı və ya qısa müddət ərzində verilən mehrdir. Bu, qadının o andan etibarən tam haqqı olur. Digəri isə muəccəl – yəni sonrakı vaxta təxirə salınmış mehrdir. Bu, tərəflərin razılığı ilə ya ölüm, ya da boşanma kimi hallar baş verdikdə verilir. Təxirə salınan mehr də kişinin boynunda borc sayılır və qadın onu istədiyi vaxt tələb edə bilər. Əgər kişi onu vermədən vəfat edərsə, bu borc onun mirasından ödənilməlidir.

Cəmiyyətdə bəzən mehrin təyin olunması forma üçün edilir, bəzən isə ümumiyyətlə unudulur. Bəziləri "bizim aramızda mehr olmaz" deyə qadının haqqını tapdalayır. Halbuki qadının öz haqqından könüllü və təzyiqsiz şəkildə keçməsi halında belə, bu bağışlamanın qəbul olunması üçün həmin qadının yetkin və ayıq olması şərtdir. Məşhur Maliki alimi İmam Malik bildirir ki, qadın mehrindən yalnız heç bir təzyiq olmadan, tam iradəsi ilə keçərsə, bu bağışlama hüquqi cəhətdən etibarlı sayılır”.

Ə.Həsənov qeyd edib ki, müasir dövrdə, təəssüf ki, mehr mövzusu cəmiyyətin bir hissəsində ya yaddan çıxır, ya da yanlış anlaşılır:

“Bəziləri mehri sadəcə simvolik olaraq “bir qızılgül”, “bir Quran” və ya “bir şərt” kimi təyin edir. Halbuki İslamda mehrin maddi dəyəri qadının iqtisadi təminatını gücləndirən hüquqi bir borc funksiyası daşıyır. Qızılgül və Quran – gözəl niyyəti ifadə edə bilər, amma hüquqi baxımdan bunların maddi qarşılığı olmalıdır və qadın da onu tələb edə bilməlidir. Əks halda bu, mehrin mahiyyətini formaya qurban vermək deməkdir.

Əhli-sünnə və şiə fiqhində bu mövzuda əsas fikir birliyi var: mehr qadının haqqıdır, təyin olunmasa da sonradan verilməlidir və verilmədikdə bu, böyük günah və hüquq pozuntusu sayılır. İmam Əbu Hənifə, İmam Şafei, İmam Malik və İmam Əhməd kimi böyük fiqh alimləri, həmçinin şiə fiqhində İmam Sadiq (ə) və İmam Baqir (ə) də mehrin zəruriliyini təsdiq etmiş və bu hüququ qadının izzəti ilə bağlamışlar.

Mehr yalnız bir rəmz deyil. Mehr – qadının haqlarının başlanğıcı, evliliyin hüquqi dayağı və kişinin öhdəsinə aldığı ciddi məsuliyyətdir. Cəmiyyətimiz bu anlayışı formal deyil, dəyər əsaslı yaşatmalıdır. Əgər nikah ciddi müqavilədirsə, onun içindəki mehr də ciddi öhdəlikdir. Qadının mehrini halal və könüllü şəkildə almaq – kişi üçün bir şərəf, qadın üçün isə bir zəmanətdir. Hər bir ailə quran müsəlman kişi öz həyat yoldaşına mehr verməyə borcludur. Bu həm də Allaha şükr eləməyin göstəricisidir”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16174

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see946

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see210

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see163

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see132

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see123

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see122

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri