Nazir: Malayziya Bakıda keçiriləcək WTDC 2025 də ölkəsinin nailiyyətlərini nümayiş etdirəcək
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-2025) kimi tədbirlər sürətlə inkişaf edən rəqəmsallaşma şəraitində dünya ictimaiyyətinin konsolidasiyası və inkişafı üçün mühüm rol oynayır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Malayziyanın rabitə naziri Fahmi Fadzil "X"dəki paylaşımında bildirib.
O, qeyd edib ki, Malayziya nümayəndə heyəti hazırda Bakıda keçirilən WTDC-2025-də iştirak edəcək.
"WTDC-25 çərçivəsində Bakıda rəqəmsal təhlükəsizlik sahəsində görülən tədbirləri, həmçinin Malayziyada vahid şəbəkə modeli əsasında 5G-nin inkişafını təqdim edəcəyəm", – deyə o yazıb.
Nazir, həmçinin Azərbaycanın paytaxtında planlaşdırılan görüşlərin əhəmiyyətini vurğulayıb.
"Konfrans çərçivəsində mən bir sıra ikitərəfli danışıqlar aparacağam, o cümlədən həmkarlarla əməkdaşlığın gücləndirilməsi üçün ən yaxşı təcrübələrin mübadiləsini həyata keçirəcəyəm", – Fadzil qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Noyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















