Icma.az
close
up
RU
Tbilisidə Milli Dirçəliş Gününə həsr olunmuş konsert təşkil olunub

Tbilisidə Milli Dirçəliş Gününə həsr olunmuş konsert təşkil olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 17 noyabr, AZƏRTAC

Noyabrin 17-də Tbilisidə Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Xırdalan Musiqi Məktəbinin birgə təşəbbəsü, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva bildirib ki, konsertin təşkilində məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini və musiqisini təbliğ etmək, eyni zamanda Azərbaycan-Gürcüstan mədəni əlaqələrini daha da möhkəmləndirməkdir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə çıxışında qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu tədbir də onlardan biridir.

O, deyib ki, bu il, xüsusən də noyabr ayında Gürcüstanda Şanlı Zəfərimizin 5 illik yubileyi, Bayraq Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. Milli Dirçəliş Gününə həsr olunmuş bu konsert proqramı da soydaşlarımıza daha bir sevinc yaşadıb.

R.Hacızadə 2020-ci ildə parlaq qələbənin əldə olunmasında Gürcüstanda yaşayan soydaşlarımızın rolunu xüsusi qeyd edib.

“Vətən sevgisi sərhəd tanımır və soydaşlarımız bunu öz əməlləri ilə sübut etdilər” – deyə, diplomat vurğulayıb.

R.Hacızadə belə bir tədbirin Gürcüstan paytaxtında keçirilməsinin iki dost və qardaş ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini xüsusi qeyd edib.

Sonra məktəbin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib. Onların ifa etdikləri xalq və bəstəkar mahnıları, milli rəqslərimiz tamaşaçılara xoş ovqat bəxş edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri