Icma.az
close
up
RU
Evlərə dekorativ güllər alanda nələrə diqqət etməliyik? TÖVSİYƏ

Evlərə dekorativ güllər alanda nələrə diqqət etməliyik? TÖVSİYƏ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dekorativ ev bitkilərindən insanların olduğu məkanlarda ətrafı canlandırmaq, müsbət aura yaratmaq üçün geniş istifadə olunur. Belə bitkilər və güllər havanın təmizliyi, məkanlar üçün estetik görünüş yaratmaq məqsədilə evlərə, ofislərə yerləşdirilir. Lakin bir çoxları bilmədən dekorativ bitkilərin seçimi zamanı səhvlərə yol verirlər. Nəticədə həm öz sağlamlıqlarını, həm də ailə üzvlərinin, xüsusilə də uşaqların səhhətini riskə atırlar. Bu səbəbdən evlər üçün güllər seçərkən yalnız görünüşə deyil, onların insan orqanizminə təsirinə də xüsusi diqqət yetirilməlidir.

Bioloq Elşad Şükürov Modern.az-a bildirib ki, insanların böyük qismi dibçək güllərindən yalnız estetik görüntü və oksigen mənbəyi üçün istifadə edir. Amma çox adam belə bitkilərin hansı riskləri daşıdığı haqqında məlumata malik deyil.

O deyib ki, dibçəkdə yetişdirilmiş ev bitkilərinin bəzilərində zəhərli maddələr toplanır. Bu maddələr əsasən, bitkilərin yarpaqları, şirəsi və gövdəsində yaranır. Dekorativ cəhətdən göz oxşasa da, bu cür güllər bir müddət sonra xüsusilə də körpə və azyaşlı uşaqların orqanizminə mənfi təsir göstərir.

Bioloq söyləyib ki, bitkilərin zəhərli maddələri, ətrafa yaydığı tozcuqlar, qoxusu bəzi şəxslərdə kəskin allergiyaya səbəb olur. Həmin insanlarda öskürək, asqırma, göz yaşartıları, qızartılar, dəridə səpgilər, qaşınmalar əmələ gəlir.

“Lakin elə bitkilər var ki, onlar ancaq heyvan və uşaqlarda daha təhlükəli problemlər yaradır. Ev pişiyi, iti, toyuq-cücə kimi heyvan və quşların belə bitkiləri təsadüfən udması, çeynəməsi sayəsində zəhərlənmə riski yaranır. Həmçinin, bitkinin əkildiyi dibçək, torpaq həddən artıq rütubətli ola bilər. Bu da kiflənməyə və kif göbələklərinin ətrafa yaydığı sporlar ilə havanın zəhərlənməsinə gətirib çıxara bilər”, -deyə, ekspert vurğulayıb.

Onun sözlərinə görə, dekorativ bitki almaq istəyən onlar haqqında məlumata malik olmalıdır. Xüsusilə də bitkilərin mənfi təsirləri, yaratdığı problemlər öncədən araşdırmalıdır. Belə bitkilərdən istifadə edərkən əllər, bədənin dəyildiyi yerlər təmiz yuyulmalıdır. Ələxsus körpə uşaqlı ailələr, ev heyvanı saxlayan vətəndaşlar zəhərli bitkilərdən uzaq durmalıdır. Alınacaq dibçək güllərinin saxlanıldığı yerlər və rütubət şəraiti də düzgün müəyyən edilməlidir ki, təhlükə mənbəyi olan bakteriyalar, göbələklər yaranmasın.

Bəs hansı güllər ev şəraiti üçün zəhərli sayılır:

Bioloq qeyd edib ki, bu gün satışda olan bitkilər arasında estetik görüntüsü ilə seçilən, amma zəhərli olanlara aşağıdakılar daxildir:
Dieffenbachia (Ağlayan gəlin, Dumb cane) - onun yaratdığı fəsadlar: ağızda, dildə və boğazda yanma, şişkinlik, udqunma və danışma çətinliyi;
Philodendron - ağız və boğaz qıcıqlanması, mədə ağrısı, ürəkbulanma;
Oleander (Zeytunçiçəyi) - ciddi ürək ritm pozğunluğu, ürəkbulanma, ölüm riski (çox nadir);
Peace Lily (Sülh zanbağı) - kalsium oksalat kristalları səbəbilə ağızda yanma, tüpürcək artımı;
Pothos (Scindapsus) - ağızda və boğazda yanma, qıcıqlanma və s.

Zəhərsiz bitkilər sırasında isə Areka palm, Spider plant, Calathea və s. geniş yayılıb.
Zərif Sofiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri