Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək elektrik stansiyaları və dam panelləri vasitəsilə generasiya gücü 1,6 GVt-a çatacaq.
"APA-Economics” xəbər verir ki, bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günü çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
"Bu layihələrlə Azərbaycanın bu nəhəng regionu istehlak etdiyindən iki dəfə çox yaşıl elektrik enerjisi istehsal edəcək və 2 milyon tondan çox emissiyanı azaltmağa imkan verəcək", - nazir qeyd edib.
Onun sözlərinə görə, bu regionların “Yaşıl Enerji Zonası” kimi inkişafı iqlim fəaliyyətinə güclü dəstək verir.
"5QVt-dan 7 QVt-a qədər bərpa olunan enerji potensialına malik Naxçıvanda enerji keçidinin bütün komponentlərini əhatə edən bu modelin həyata keçirilməsi üçün də tədbirlər həyata keçirilir", - nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 30 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















