II Azərbaycan Özbəkistan Media Forumunda etik məsuliyyət mövzusunda müzakirələr aparılıb
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində "Rəqəmsal informasiya mühitində etik məsuliyyət" mövzusunda panel müzakirəsi aparılıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, müzakirə zamanı iştirakçılar informasiya məkanının rəqəmsallaşması şəraitində peşə etikası, jurnalistlərin və media şirkətlərinin məsuliyyəti ilə bağlı məsələləri, eləcə də dezinformasiya ilə mübarizə üsullarını və auditoriyanın etimadının artırılması metodlarını müzakirə ediblər.
AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva vurğulayıb ki, informasiya manipulyasiyası, kontekstdən sitatların çıxarılması və emosional başlıqlar məzmunun keyfiyyətini azaldır və mediaya inamı sarsıdır:
"Jurnalistlərin etik məsuliyyəti hətta şəxsi fikir tələb etməyən janrlarda belə həqiqəti çatdırmaqdır. Xüsusilə ölkələrimizdə cərəyan edən proseslər barədə məlumatlılığı artırmaq və hadisələri düzgün işıqlandırmaq üçün Azərbaycan və Özbəkistan jurnalistləri və media strukturları arasında əlaqələri aktivləşdirmək vacibdir".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Sentyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















