Icma.az
close
up
RU
Evli qadın “Odnoklasniki”də tanış olduğu sevgilisinin anası və bacısına 143 min manat “atdı”

Evli qadın “Odnoklasniki”də tanış olduğu sevgilisinin anası və bacısına 143 min manat “atdı”

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəminə Həsənovanın (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

İttihama görə, Zəminə Həsənova 2018-ci ildə “Odnoklasniki” sosial şəbəkəsində özünü “Nurlana” kimi təqdim edərək, Vahid Qədimovla (ad, soyadı şərtidir) tanış olduqdan sonra ona ərə gedəcəyini bəyan edib. Sonra o, həmin şəxsin anası, zərərçəkmiş Təranə Qədimova və bacısı Sənəm Qədimova (hər iki şəxsin ad, soyadı şərtidir) ilə yaxın münasibət yaradıb.

Daha sonra Zəminə zərərçəkmiş Təranənin Zərdab rayonundakı evini satmasını bilib, ona Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən çoxmərtəbəli binalardan birində kreditlə ödəmək şərti ilə 84000 manata dörd otaqlı mənzil, qızı Sənəmə isə Bakı şəhəri, Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında inşa edilən çoxmərtəbəli binalardan birində 39000 manata iki otaqlı mənzil alacağını yalandan vəd verib. O, 2019-cu ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində zərərçəkmiş Təranədən Abşeron rayonu ərazisində ümumilikdə 143126 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.

Qeyd: Zəminə Həsənova Vahid Qədimovla tanış olanda evli olub, onunla görüşəndə özünü subay olaraq təqdim edib. Təqsirləndirilən şəxs məhkəmə ifadəsində deyib ki, həmin vaxt yoldaşından ayrı yaşayıb. Zəminə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Aprel 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see132

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see119

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see116

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see116

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see115

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see115

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see115

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see114

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see113

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see111

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri