Vüsal Qasımlı: Ötən il türkdilli ölkələrə qoyulan sərmayələrin həcmi 440 milyard dollar olub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 iyun, AZƏRTAC
Türkdilli ölkələr dünyanın ümumi daxili məhsulunun 1,8 faizini, dünya ticarətinin 3,5 faizini təmin edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı II Türk Ticarət Sərgisində çıxışı zamanı deyib.
O bildirib ki, 2024-cü ildə türkdilli ölkələrə qoyulan sərmayələrin həcmi 440 milyard dollar olub.
“Biz bu gün ticarət və investisiyanın Türk dünyası üçün nə qədər əhəmiyyətli olduğunu görürük. Türk dünyasının ümumi dövlət büdcəsinin xərcləri 2024-cü ildə 440 milyard dollara çatıb. Bu, kifayət qədər böyük məbləğdir. Türk dünyasının sənaye potensialı 540 milyard dollar ətrafındadır. Ötən il Türk dünyasında bank aktivlərinin həcmi 1,4 trilyon dollara yaxınlaşıb”,- deyə o diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















