Evlilik başlanğıcı və sonu möhtəşəm, lakin ortası cəhənnəmdir... Enid Baqnolddan sitatlar
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün ingilis şair, yazıçı Enid Baqnoldun doğum günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Hakimlər qocalmır - zaman sadəcə onları bəzəyir.
***
İnsan nə vaxt qocaldığını heç vaxt dəqiq bilmir.
***
Mətbuat hay-küy qopardı, camaat donub baxdı; əllər isə çörək qırıntısına can atan milyonlarla xırda balıq kimi havaya atıldı.
***
Əgər ölüm ucuzlaşarsa, zəhərlənən can verən deyil, tamaşa edən olar.
***
Bir it səni hər şeydən üstün tutmursa, sizin münasibətiniz nəyə bənzəyir axı? İtə bir Tanrı lazımdır. O, sənin baxışlarınla, istəklərinlə yaşayır - hətta zarafatlarını belə duyur. Bu, təxminən beşinci ildə baş verir. Əgər belə olmursa, deməli, sən sadəcə evdə bir heyvan saxlayırsan.
***
Seksuallıq ən böyük bərabərsizlik, ən böyük yanılma, ən böyük qıcıq mənbəyi.
***
Evlilik - başlanğıcı və sonu möhtəşəmdir, lakin arası cəhənnəmdir.
***
Mən dəfələrlə aşiq olmuşdum, amma sevginin zamana və sınaqlara dözə bildiyini zənn etmirdim.
***
Köhnəlmiş xəbərin də, sönmüş eşqin külündən də heç vaxt Zümrüd quşu doğulmaz.
***
İnsanın yaşa dolsa da başqalarında təəssürat yaratmaqdan - necə deyərlər, könülləri fəth etməkdən aldığı zövq itmir. Sadəcə, bu təəssürat artıq xeyli seyrək yaranır və tamamilə başqa duyğulardan yoğrulur.
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva
Kenzaburo Oe, Kurt Vonnequt, Xuan Qabriel Vaskes... - "Xəzər"in oxucularla yeni görüşü Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi Gülnar Səmanın monoqrafiyası çap olundu
Baxış sayı:133
Bu xəbər 27 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















