Əvvəl şillə, sonra 10:0 Tsarukyandan qalmaqallı qələbə VİDEO
Icma.az, Apasport saytına istinadən bildirir.
UFC döyüşçüsü Arman Tsarukyan amerikalı Dillon Denislə qarşılaşmada inamlı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, tərəflər Las-Veqasda keçirilən RAF 14 turnirində sərbəst güləş qaydaları üzrə üz-üzə gəliblər.
Tsarukyan rəqibini cəmi bir dəqiqə ərzində 10:0 hesabı ilə məğlub edərək texniki üstünlüklə qalib gəlib.
Qarşılaşma qalmaqallı hadisələrlə də yadda qalıb. Görüşün əvvəlində Denisə şillə vuran Tsarukyan qələbədən sonra ayağa qalxmağa çalışan rəqibinin sinəsinə ayağı ilə basıb.
Hadisəyə mühafizəçilər müdaxilə ediblər.
Buna baxmayaraq, Denis qarşılıq verməyib və daha sonra rəqibinin əlini sıxıb.
Qeyd edək ki, döyüşdən əvvəl keçirilən mətbuat konfransında da tərəflər arasında gərginlik yaşanıb.
Denisin Xəmzət Çimayevi təhqir edən köynək geyinməsi kütləvi davaya səbəb olub.
Vahab Fətullayev beynəlxalq turnirdə bürünc medal qazanıb Məhəmmədəli Osmanlı diskvalifikasiya olundu – Qələbə rəqibinə verildi Asəf Çopurov UFC ilə müqavilə imzalayıb Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə Akif Quluzadə yenidən rinqə çıxır – Döyüş Banqkokda olacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Oktyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















