Icma.az
close
up
RU
Əvvəlcə bu məsələ həll olunacaq Məktəblərlə bağlı yeni plan

Əvvəlcə bu məsələ həll olunacaq Məktəblərlə bağlı yeni plan

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Məktəblərdə vahid geyim qaydalarına əməl olunmasına nəzarət gücləndiriləcək. Qarşıdakı dövrdə bu istiqamətdə hər həftə monitorinqlərin aparılması nəzərdə tutulur.

Təhsil eksperti Elçin Əfəndi bu barədə “Yeni Sabah”a açıqlamasında bildirib ki, məktəblərdə normal tədris prosesinin və sağlam təhsil mühitinin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirilir.“Bura müəllimlərin işə qəbulu imtahanlarının vahid qaydada keçirilməsi, sertifikatlaşdırma prosesi, eyni zamanda nizam-intizam qaydalarının qorunması daxildir. Bildiyiniz kimi, şagirdlərin davranış qaydaları, eləcə də təhsilverənlərin etik davranış qaydaları təsdiqlənib”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi vahid geyim qaydaları həm şagirdlərə, həm də müəllimlərə aiddir. Pepperoni pizza

“Nizam-intizamın qorunması vacib şərtdir. İntizam olmayan müəssisədə və ya təşkilatda inkişafdan danışa bilmərik. Buna görə də nizam-intizam başlıca şərtdir. Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı qərarı yenidir və hazırda tətbiq mərhələsindədir. Tətbiqlə paralel müntəzəm monitorinqlər aparılır. Geyim qaydalarından kənaraçıxma halları olarsa, bununla bağlı müvafiq tədbirlər görülür”, – E.Əfəndi bildirib.

Ekspert vurğulayıb ki, vahid geyim qaydalarının tətbiqi məktəblərdə sosial bərabərliyin və vahid təhsil mühitinin formalaşmasına xidmət edir.

“Bu tətbiq həm müəllimlər, həm də şagirdlər arasında sosial bərabərliyin, məktəb mühitində vəhdətin və bütövlüyün təmin olunması deməkdir. Belə olan halda həm müəllim, həm də şagird nüfuzunun cəmiyyətdə müsbətə doğru dəyişməsini müşahidə edəcəyik”, – deyə o əlavə edib.

E.Əfəndinin sözlərinə görə, qarşıdakı dövrdə vahid geyim qaydalarının icrasına nəzarət gücləndirilməlidir.

“Qaydalara əməl olunması üçün onların icrasına müvafiq qaydada nəzarət mütləq olmalıdır. Hər həftə monitorinqlər aparılmalıdır. Vahid geyim qaydasını tam tətbiq etdikdən sonra növbəti mərhələdə tədrisin keyfiyyəti ilə bağlı nəzərdə tutduğumuz addımları atmalıyıq”, – deyə təhsil eksperti bildirib.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri