Icma.az
close
up
RU
Əvvəlki adamlar, indiki insanlar SƏN HANSI OLMAQ İSTƏRDİN?

Əvvəlki adamlar, indiki insanlar SƏN HANSI OLMAQ İSTƏRDİN?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu sual heç vaxt gündəmdən düşməyən, insanın yaddaşı ilə davranışını, keçmişilə bu gününü qarşılaşdıran mövzudur. Və aktuallığını hər vaxt saxlayır. Nəsillər arasında səsiz mübarizə həmişə olub. Bunun təqsirini kiminsə üzərinə atmaq isə problemi həll etmir.

Dəyişimin günahkarı texnologiyadır, yoxsa texnologiyanı yaradan və ondan istifadə edən elə insanın özüdür?, sual hələ də açıqdır.

İndi orta və yuxarı yaşlılar düşünür ki, əvvəllər insanlar tamamilə başqa idi. Səs tonu şəxsiyyətin vizit kartı kimi qəbul olunurdu. Baxışlar danışırdı, bir baxış yüz cümlənin mənasını daşıya bilirdi.

Söz məsuliyyət idi, söz deyəndə onun yükünü də götürürdülər. Bir söz eşidəndə rahatlıq tapırdın. Söz insanın kimliyini təsdiqləyən möhür idi.

Zövqlər cəmiyyətin diktəsi ilə yaranmırdı, insanın daxili dünyasından doğurdu. Geyim adi parça kimi qəbul edilmirdi, fikir və xarakter ifadəsi idi. Birini papağından, birini şlyapasından, birini ayaqqabısından tanıyırdın.

Xarakter “ayrı olmaq” kimi deyil, “öz olmaq” kimi dəyərli idi. O dövrdə söz dəyər idi, qayda vardı, utanc insanın özünə qoyduğu sərhəd idi. Kiminə sirr verəcəyini bilirdin, etibar ən güclü kapital idi.

Sosial şəbəkələr yox idi, amma insanlar sosial idi.

Bu gün isə tam əks mənzərə ilə qarşı-qarşıyayıq. Texnologiya var, münasibət yoxdur, mesaj var, hiss yoxdur, söhbət var, qulaq yoxdur. Dost siyahısını bir dəftər tutmur, amma yan-yana oturanda 10 dəqiqəlik dialoq belə çətinlik yaradır.

“Dünya dəyişdi” demək rahatdır, reallıq başqadır, dünya olduğu yerdədir; dəyişən insanın özüdür. Düzü görən göz, doğru söz, eşidən qulaq, düşünən beyin azalıb.

Şəhərə çıxırsan, insanların hamısı eyni qəlibdə hazırlanmış kimi görünür. Eyni dodaq, eyni burun, eyni bədən forması, eyni danışıq tərzi, eyni zarafat, eyni zövq. İndi insanlar fərqli görünmək istəyirlər, bu istək eyniliyə çevrilir. İnsan özünü tapmaq üçün vaxt ayırmır, özündən qaçır.

Göz yaşı apteklərdə satılır, həqiqi göz yaşını görmək çətindir. Sevgi “göndər” düyməsi kimi bir toxunuşla yaranır, bir toxunuşla silinir.

İndiki insanlar düşünmək üçün dayanmaqdan qorxur. Axı sükutda həqiqət var, həqiqət isə insanı narahat edir.

Bəlkə bu fikirlər “köhnə düşüncə” kimi səslənir. Amma o köhnə düşüncənin dayandığı yer sabit idi. İndikilərin ayağının altı sürüşkəndir.

Əvvəlki adamlar bir başqa idi. Belə baxırsan, biz görüntüdə modernik, amma mahiyyətdə mənəvi olaraq köhnəlib çürüyürük. Dəyişmişik, amma bu, inkişaf deyil.

Masada bir sual var, əvvəlki adamlar yaxşı idi, yoxsa indiki insanlar?

Sən hansısan?..

Sevinc MƏHƏRRƏMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Dekabr 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri