Icma.az
close
up
RU
Azərbaycanda Novruz adət ənənələri necə icra olunur ? ŞƏRH EDİLDİ

Azərbaycanda Novruz adət ənənələri necə icra olunur ? ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Novruz silsilə ayin və rituallar, adət-ənənələr sistemidir”. Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Fəridə Kazımova qeyd edib.

O bildirib ki, Novruz yaşı minilliklərlə ölçülən qədim milli bayramımızdır: ““Novruz” sözünün mənası “yeni gün” deməkdir. Ulu əcdadlarımız yazın ilk gününü yeni ilin başlanğıcı olaraq bayram etmişlər. Təbiətin, yerin qış yuxusundan oyanması sərt, şaxtalı, qarlı-boranlı dövrün arxada qalması , bolluq və bərəkət timsalı olan istiliyin, Günəşin parlaması insanlarda sevinc və şadlıq hissləri yaratmışdır.

Bayrama qədərki mərhələlər – çillələr, çərşənbələr də özlüyündə dərin mifoloji mahiyyət daşıyır. Tarixən Novruza bir ay yarım qalmış müddətdə yeddi çərşənbə qeyd olunub: ilk üçü “oğru üsgü”, ikinci üçlük “doğru üsgü”, yeddinci isə “ilin son çərşənbəsi” və ya “ilaxır çərşənbə” adlanıb. Bəzi bölgələrdə çərşənbələr fərqli adlandırılıb. Məsələn, ilk çərşənbə “əzəl çərşənbə”, sonrakılar “gözəl çərşənbə”, “gül çərşənbə” , “axır çərşənbə” və s. Maraqlıdır ki, Bakı ətrafı kəndlərdə indi də yaşlı insanlar Novruz çərşənbələrinə “Üsgü çərşənbələri” deyirlər. Eləcə də bəzi kəndlərimizdə ilk çərşənbədən əvvəlki müddəti “oğru buğun (istiliyin, buxarın) yerə enməsi” kimi izah edirlər. Zamanla qeyd olunan yeddi çərşənbədən ilk üçü (oğru çərşənbələr) unudulub, növbəti dördü xalq yaddaşında qorunub saxlanmışdır ki, bunlar da dörd ünsürlə əlaqələndirilmişdir. Əfsanəyə görə, çərşənbənin hər birində dörd ünsürdən biri çillədən, yəni qışın əsarətindən xilas olur. Çərşənbələrin olduqca maraqlı ayin və ritualları olmuşdur. Cəmiyyət inkişaf etdikcə onlardan bir çoxları unudulmuşdur. Ümumilikdə isə, səməni cücərdilməsi, axar sudan, bulaqdan, çaydan su gətirilib evə, həyət-bacaya səpilməsi, ev-eşiyin təmizlənməsi, xalça-palazın havaya cıxarılması, müəyyən Novruz nemətləri ilə süfrə açılması və s. hələ də yaşamaqdadır.

Çərşənbələrdə tonqal qalanması xüsusi diqqət çəkən bir məqamdır. Bu tonqalların sayı çərşənbələrin sayı ilə uyğunlaşdırılaraq bəzi bölgələrimizdə yeddi, bəzi yerlərdə dörd və üç ola bilir. Eləcə də bir sıra bölgələrimizdə çərşənbələrdə uşaqlar “lopa” deyilən məşəl kimi əşyalar düzəldər, yanan “lopa”ları havaya firladarardılar ki, bu da qışı, soyuğu və şər qüvvələri yer üzündən qovub uzaqlaşdırma ayininin izləri kimi izah olunur.
Novruz müxtəlif maraqlı adət və ənənələri öz tarixi məzmununda qoruyub saxlamaqdadır. Müəyyən dövrlərdə siyası təqiblərə məruz qalmasına baxmayaraq bu bayram xalqımız tərəfindən qorunaraq günümüzə gəlib çıxmışdır. Novruz bayramı ümumtürk mifoloji görüşlərini özündə ehtiva etməklə tariximizin qədim qatlarından soraq verir”.

Müəllif: Qumral Əlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri