Icma.az
close
up
RU
“Əvvəllər mitinqlərə eyni adamlar gedirdi, indi kitab sərgilərinə” SÖHBƏT

“Əvvəllər mitinqlərə eyni adamlar gedirdi, indi kitab sərgilərinə” SÖHBƏT

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səxavət Məmməd: “Messi, Ronaldo nə vaxtdan uşaq ədəbiyyatı olub?!”


“Kitab sərgisi elə bil bazardır, hamı “xodovoy” yerdə “polka” davası edir”


“Böyük nəşriyyatlar pul qazanmaq, xırdalar sağ qalmaq uğrunda mübarizə aparır”


“Savaş və duman”ın müəllifi Səxavət Məmməd “Şərq”in “Axşam söhbəti” rubrikasında səs-küylü açıqlamalar verib...


XI Bakı Beynəlxalq Kitab Sərgisindən incik düşənlər oldu. Hə, sonra barışdılar, sərgiyə qatıldılar. Kitab da satdılar. Amma niyə hər dəfə nəsə bir küskünlük, mübahisə yaşanır, niyə yaşanmalıdır? Olmaz ki, bütün məsələlər sərgi açılmamış həllini tapsın? Bunu etmək o qədər də çətin olmamalıdır axı!

Sərgidə diqqət çəkən məqamlardan biri mədəniyyət naziri Adil Kərimlinin Bakı Expo Mərkəzinə gəlişi və iştirakçılarla görüşü idi. Sərgi iştirakçılarının sosial şəbəkədə paylaşımlarından görünürdü ki, nazir sərgilənən nəşrlərlə yaxından maraqlanıb. Nazirin əlinə aldığı kitablardan biri də yazıçı-publisist, hərbi jurnalist, 44 günlük Vətən müharibəsinin iştirakçısı Səxavət Məmmədin “Savaş və duman” əsəri idi. Sərgi necə keçdi, nazir nə dedi, nələri müzakirə etdilər, bunları 


Səxavət Məmmədin özündən soruşduq. Bəzi narazılıqları da xatırlatdıq. Müəllif müşahidələrini, düşüncələrini Sherg.az-la bölüşdü:

- XI Bakı Beynəlxalq Kitab Sərgisi kifayət qədər uğurlu keçdi. İlk növbədə daşınma məsələsinə toxunmaq istəyirəm. Sərginin keçirildiyi məkana müxtəlif istiqamətlərdən ödənişsiz daşınma təşkil olunmuşdu. Bu da sərgiyə gəlmək istəyənlər üçün imkan yaradırdı. Şəhər mərkəzindən hər nə qədər uzaq olsa da, iştirakçıların say çoxluğunun şahidi olduq. Bazar günü xüsusilə gur keçdi. Mədəniyyət naziri də iştirak edirdi. Bir neçə universitet rektoru da. Mənim 44 günlük Vətən müharibəsiylə bağlı yazdığım “Savaş və duman” romanının nəşr olunduğu gündən insanların diqqətində olmasının şahidiyəm. Mədəniyyət naziri Adil Kərimli də maraqlandı kitabla. Kitabı aldı. Soruşdu, nədən bəhs edir, mən də ətraflı şəkildə bildirdim ki, müharibənin detalları, müharibə iştirakçısı olaraq gördüklərim, baş verənlər, əsas döyüşlərin mahiyyəti... və sair haqqındadır. Sənədli romandır. Cənab nazir də müsbət qarşıladı. Bildirdi ki, bu istiqamətdə bir çox işlər görülməlidir. Müharibəylə bağlı filmlərin çəkilməsi, ssenarilərin yazılması lazımdır. Müəyyən işlərin görülməsiylə bağlı fikir mübadiləsi aparıldı. Əlbəttə, Vətən müharibəsiylə bağlı film çəkiləcəksə, bu əsər əsasında çəkilməsi mənim üçün çox xoş olar. Sərginin təşkilinə gəlincə, bir oxucu, müəllif kimi narazılığım yoxdur. Sərgidə özüm də kitab aldım. Mənim də kitablarımı aldılar. Şəxsən razı qalmışam.


- Narazılıqlar sizcə nəylə bağlı idi?

- Narazılıq nəşriyyatlarla bağlı ola bilər. Şəxsən məni narahat edən, narazı salacaq nəyləsə qarşılaşmadım.


- Nəşriyyatlar nədən narazıdır ki?  

- Məncə, məsələyə baxışımızı fərqli etməliyik. Nəşriyyatlar sahibkarlardır. Bunlar kitab satmaq istəyir, kitab alveri ilə, sırf kitabçılıqla məşğuldurlar. Kommersantdılar. Daha çox kitab satmaq üçün fərqli-fərqli addımlar atırlar. Xarici ölkələrdə populyar olan, ən çox satılan kitabları tərcümə etdirir, satışa çıxarırlar. Və yaxud hansısa nəşriyyat özündən nəsə kəşf edir. Məsələn, uşaqları cəlb etmək üçün hansısa məşhur futbolçunun həyatı haqqında kitab tərtib edirlər, bunu uşaq ədəbiyyatı adı altında satışa çıxarırlar. Bu, uşaq ədəbiyyatı deyil, bu, kommersiyadır. Sizcə, hansısa uşaq “Məlikməmmədin nağılı”na maraq göstərər, yoxsa üzərində Messinin, Ronaldonun şəkli olan kitaba? Əlbəttə, uşaq anasının əlindən dartacaq ki, o kitabı alsın onun üçün. Bu, kommersiya ədəbiyyatıdır. Hə, hardasa uşaqları oxumağa cəlb etmək kimi də düşünülə bilər. Ancaq vallah, billah, o, uşaq ədəbiyyatı deyil. Əyləncədir. Messi, Ronaldo nə vaxtdan uşaq ədəbiyyatı olub?! Amma məsələnin üzərinə elə gedirlər, bəziləri elə “ülviləşdirir”, elə “müqəddəsləşdirir” ki məsələni, guya bunlar pul barədə düşünmürlər, sırf kitabı, oxu mədəniyyətini, oxucuların artmasını düşünürlər. Guya oxucu artsın, hamı kitab oxusun... Guya da! Əslində, daha çox kitab satmaqdır məqsədləri. Sırf satış çox olsun deyə fənd işlədirlər. Kommersiya maraqlarıdı. Gedin nəşriyyatların birinə, deyin, kitabımı nəşr etdirmək istəyirəm. Görün, hansısa pulsuz və ya güzəştli şərtlərlə nəşr edəcək? Etməyəcəklər. Başlayacaqlar, faiz söhbətinə. Amma sərgidə yer davası edirlər. Deyirlər, kitabçılıqla məşğuluq. Mənəvi yük də qoyurlar məsələnin üstünə.


- Sizcə, kitab sərgisi həqiqətən də oxu mədəniyyətinin genişlənməsinə xidmət edə bilərmi?

- Əvvəllər mitinqlərə necə eyni adamlar gedirdisə, kitab sərgisinə də eyni adamlar gəlir. Kitabçılığı inkişaf etdirmək, insanların kitab oxumağa cəlbi sərgilərdən keçmir. Birincisi, ona görə ki, sərgi çox əlverişsiz yerdə keçirilir. Ancaq oxumaq, dəstək olmaq istəyən insanlar gedir ora. Bu, onsuz da əhalinin müəyyən az faizidir. Hara deyirlər, kitab üçün ora gəlirlər. Məsələ digərlərini cəlb etməkdən gedirsə, bunun üçün çox düşünmək lazımdır. Mən Bakı Expo Mərkəzinə 2 şeyə görə gedirəm. Bir kitab sərgisinə, bir də silah sərgisinə. Silahlar, yeni texnologiyalar məni maraqlandırır. Kitab sərgisinə əvvəllər dəstək vermək üçün gedirdim. İndi həm də müəllifi olduğum kitabı satmaq üçün getmişəm. 2 dəfə olmuşam orda. Xeyli də kitab almışam. İnsanlarda kitaba maraq oyatmaq üçün başqa nələrsə etmək lazımdır.


- Məsələn, nə?

- Mən bu sahənin bilicisi deyiləm. Ora eyni adamlar gəlir. Kimin kitaba marağa varsa, müəllifləri tanıyır, gedir. Amma məncə, başqa ideyalar olmalıdır. Kitab sərgisi ilə oxuya marağı artırmaq düşündüyümüz qədər güclü effekt verməz. Müşahidələrim budur ki, kobud səslənsə də, deyim, bazar necədir, bu da elə. Hər kəs “polka”sını qoyur. Necə ki bazarda hamı çalışır “xodovoy” yerdə “polka” götürsün, sərgidə də belədi. Çalışırlar, baxımlı yerdə olsun, diqqət çəksin, geniş olsun, kitabları nümayiş etdirə bilsinlər, daha çox kitab satsınlar, daha çox pul qazansınlar. Sizcə, elə deyil? Mənmi səhv düşünürəm, yoxsa? Hansısa nəşriyyat, hansısa müəllif daha böyük ərazi istəyirsə, nə üçün istəyir daha böyük ərazini, guya neyləyəcək ki orda?! Ona görə istəyir ki, daha çox kitab qoysun, daha çox satsın, daha çox qazansın. Mahiyyət bundan ibarətdir. Bu məsələyə çox ağırlıq yükləyirlər e... Mən ora jurnalist kimi getsəydim, tənqid ediləsi çox şey üzə çıxarardım. Tənqidə meyilliyəm. Amma oxucu və müəllif kimi getmişəm. Özümə lazım olan kitabları almışam. Hə, sərgilər, məsələn, endirim üçün yaxşıdır. Əvvəlki sərgilərdə endirimlər çox olurdu. İndi çox deyildi. Köhnə kitablara, köhnə nəşrlərə müəyyən qədər endirim vardı. Yəni bu adamlar pul qazanmaq istəyir. Böyük şirkətlər daha böyük yer götürür, bəzisi borca girib yer götürür, fikirləşir, kitab satıb zərəri qarşılayacaq. Xırda nəşriyyatlar var, 12 kvadrat metrlə qane olur. Bir küncdə dayanır. Çoxları alver üçün sərgidə iştirak edir, amma yalandan kitab davası döyürlər. Bu kommersantlarla nazirlik arasında dava varsa, bu başqa məsələdir.


- Siz neçə kitab satdınız və neçəyə satdınız?

- Kitabın satış qiyməti 13 manatdır. Sərgidə 10 manatdan satışa qoyulmuşdu. Nə qədər kitab satdığımı bilmirəm. Çünki satışı nəşriyyat edirdi. İmza atdığım kitab sayı 50-yə yaxın idi. Cəmi üç gün və hər dəfəsində bir neçə saat orada olmuşam. Mənim kitabımın nə qədər satıldığını bilmirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri