Icma.az
close
up
RU
Exchange” düyünü: Niyə açılmır?

Exchange” düyünü: Niyə açılmır?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Valyuta mübadiləsi fəaliyyəti Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir.

Qeyd edək ki, bir neçə il öncə ölkədə, xüsusilə də paytaxtda çox sayda valyutadəyişmə məntəqələri, "Exchange” fəaliyyət göstərirdi.

Vətəndaşlar istəyi zaman asanlıqla öz valyutasını həmin məntəqələrdə dəyişdirə bilirdilər. Ancaq 2016-cı ildə valyutadəyişmə mətəqələri bağlandı.

Hətta ekspertlərin sözlərinə görə, bu proses 6 min iş yerinin bağlanması ilə nəticələndi. 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqlədi.

Valyuta mübadiləsi məntəqəsi hava limanlarının aerovağzal kompleksində, iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar və köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələrində təşkil oluna bilər.

Beləliklə, bu gün valyuta dəyişmə prosesləri əsasən banklarda həyata keçirilir. Bununla yanaşı hazırda çox az sayda valyutadəyişmə məntəqəsi var və bankların əksəriyyəti də saat 18:00-dək fəaliyyət göstərir ki, şənbə-bazar günləri də tamamilə işləmirlər. 

Bəs vətəndaşlar axşam saatlarında, yaxud şənbə-bazar günləri valyutanı necə dəyişə bilərlər və "Exchange”-lərin sayının artırılmasına ehtiyac varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, valyutadəyişmə məntəqələri heç vaxt müstəqil olmayıb:

“Onlar hansısa bankın şöbələri idi. Azərbaycanda o vaxt hamıya elə gəlirdi ki, valyutadəyişmə məntəqələri hamısı müstəqildir, əslində belə deyildi. 

Onların bəziləri müstəqil idi.

Məsələn, deyək ki, mən sahibkaram, istəyirəm valyutadəyişmə məntəqəsi açım. Gedirdim hansısa bir banka, fikrimi bildirirdim, bank formal olaraq Mərkəzi Banka müraciət edirdi, lisenziya alırdı. Mən də o banka qeyri-rəsmi müəyyən ödəniş edirdim, faktiki o valyuta məntəqəsini işlədirdim. O vaxt valyutadəyişmə məntəqəsinə yaxınlaşanda xırda hərflərlə yazılmış sertifikatı olurdu və orada hansı banka məxsusluğu yazılırdı.

Sadəcə, o zaman niyə valyutadəyişmə məntəqələri çox idi? Birincisi, o dövrlərdə valyuta əməliyyatları çox idi. Çünki 2005-ci ildən 2015-ci ilədək Azərbaycanda iqtisadi inkişafın pik nöqtəsi idi. İnsanlar varlanırdı, neft çox idi, hamı işləyirdi, pul qazanırdı və valyuta əməliyyatları həyata keçirirdilər. Buradan belə nəticə çıxır ki, tələbat çox idi. 

Digər tərəfdən həmin dövrdə Mərkəzi Bankın məhdudiyyəti vardı. Yəni bankların, o cümlədən valyutadəyişmə məntəqələrinin satdığı valyutanın məzənnə fərqi Mərkəzi Bankın məzənnəsindən 2 faizdən çox fərqlənə bilməzdi. Sonra onu artırdılar və 4 faiz etdilər. 

Bu zaman valyutadəyişmə məntəqələri, müəyyən valyutada qıtlıq olduqda bundan istifadə edirdilər. Yəni onlar o məhdudiyyətdən kənarlaşırdılar. 

Məsələn, vətəndaş banka gedirdi və bank deyirdi ki, valyuta yoxdur. Banka sərf etmirdi ki, 2 faizlə vətəndaşa valyuta satsın. Ancaq valyutadəyişmə məntəqəsi çekdə bir məzənnə yazırdı, qeyri-rəsmi pul alırdı. Buna görə də hamı oraya gedirdi və məntəqələrin qarşısında növbələr yaranırdı. Bu da o məntəqələrin populyar olmasının bir tərəfi idi”. 

Ekspertin sözlərinə görə, sonra Mərkəzi Bank onları bağladı: 

“Eyni zamanda 2-4 faiz məhdudiyyəti aradan qaldırdı. Bu gün banklar istədiyi məzənnə ilə valyuta sata bilir. Eyni zamanda, Mərkəzi Bank bəyan etdi ki, hansı valyutadəyişmə məntəqələrinə lisenziya verilirsə, onlar banklardan asılı deyil. Onlar tamamilə müstəqildirlər. 

Ancaq Mərkəzi Bankın onlara qarşı tələbləri də çoxdur. Belə ki, Mərkəzi Bank onlardan kapital tələb edir, banklarda pul saxlamalıdırlar, depozit və s. Bu da çoxuna sərf etmir. 

Valyutadəyişmə məntəqəsi açmağın özü çox vəsait tələb edən bir sahədir. Yəni oraya pul qoymaq lazımdır. İndiki dövrdə tələbat da elə yüksək deyil. 

Problem onda deyil ki, onlara icazə vermirlər, sadəcə tələbat yoxdur. Digər tərəfdən nağdsız ödənişlər, bank kartları və s. həcmi artıb.

O cümlədən də xaricilər ölkəmizə gələndə valyuta dəyişmək üçün bank tapa bilmirsə və yaxud həmin gün şənbə-bazar günü olarsa, həmin şəxs kartı götürüb gedib pulunu bankomatdan çıxarır. 

Bu baxımdan, valyuta məntəqələri açmağa meyilin azalması, tələbat və onlara qoyulan yüksək tələblərlə bağlıdır. İndi müstəqil valyuta dəyişmə məntəqəsi var, onların sayı çox azdır, çünki açmaq qətiyyən sərf etmir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri