Icma.az
close
up
RU
Express avtobuslara tələbat artır SƏBƏBLƏR AÇIQLANDI

Express avtobuslara tələbat artır SƏBƏBLƏR AÇIQLANDI

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

2024-cü ildə "BakuBus" MMC-nin “Hava limanı express” avtobuslarından 483 991 nəfər istifadə edib. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 2 dəfədən çox artım deməkdir. Həmin il sözügedən avtobuslara 208 578 nəfər minib.

Bu, ekspres avtobuslara artan tələbatdan xəbər verir. Mövcud statistika belə düşünməyə əsas verir ki, sərnişinlər daha çox ekspress avtobuslara üstünlük verirlər.

Sözügedən tendensiyanı dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, hava limanları ilə bağlı  dünyada yanaşmalar fərqlidir: “Hava limanları sərnişinlərin çox istifadə etdiyi bir məkandır. Burada da ictimai nəqliyyatın müxtəlif növlərinin olması təbiidir. Bizdə, təəssüf ki, hava limanına əvvəllər yalnız şəxsi avtomobil və ya taksiylə hərəkət etmək imkanı var idi. Son dövrlərdə ekspres avtobuslar yaradılıb. Əslində koronavirus pandemiyasından əvvəl də bu var idi. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq onların istifadəsi dayandı. İndi Azərbaycaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sözügedən marşrut xətlərinin fəaliyyətini bərpa edib. Kifayət qədər sərnişin axını var”.

Ekspert bunu sözügedən nəqliyyatın ucuzluğu ilə əlaqələndirib: “Taksi ilə gedəndə təxminən 20 manat ödəməli olursan. Amma ekspres avtobus xətləri müəyyən saatlarda, daha ucuz qiymətə sərnişinləri aparıb çatdırır. Ona görə də axın var. İnsanlar arasında da təbliğat işi aparılır. AYNA  bu ekspres avtobusların haradan hərəkət etdiyi, ödənişin nə qədər olduğu və s. haqqında vətəndaşlara məlumat verir. İnsanlar da görür ki, bu, əlverişli  variantdır. Xüsusilə gündüz vaxtları ekspres avtobuslardan istifadə daha çox olur və bu tendensiya getdikcə artır”.

(cross.media)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri