Icma.az
close
up
RU
Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir.

16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən “Expresspay” ödəniş terminallarında 500 AZN-dən yuxarı məbləğdə nağd ödənişlərin həyata keçirilməsi üçün SİMA İmza vasitəsilə identifikasiya tələb olunacaq.

Yenilik Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tələbinə uyğun olaraq tətbiq edilir və həm “Expressbank”ın filiallarında yerləşən terminalları, həm də ölkə üzrə bütün “Expresspay” ödəniş nöqtələrini əhatə edir. İdentifikasiya prosesi bir neçə sadə addımdan ibarətdir və proses uğurla tamamlandıqdan sonra müştəri ödənişini adi qaydada davam etdirə bilər.

SİMA İmza vasitəsilə identifikasiya tələbi bir əməliyyat üzrə 500 AZN-dən yuxarı məbləğdə həyata keçirilən nağd ödənişlərə şamil olunur. 500 AZN və daha az məbləğli ödənişlər isə əvvəlki qaydada, identifikasiya tələb olunmadan həyata keçirilir.

“Expresspay” terminallarında SİMA İmza vasitəsilə identifikasiyanı necə həyata keçirmək olar?

İlk olaraq terminalda müvafiq xidmət seçilir və ödəniş üçün tələb olunan məlumatlar daxil edilir; Terminalın ekranında “500 AZN-dən çox məbləğdə ödəniş etmək üçün şəxsiyyətinizi təsdiqləyin” bildirişi əks olunacaq. Ödəniş məbləği 500 AZN-dən yuxarı olduqda, identifikasiyaya başlamaq üçün müvafiq düyməyə klikləyin. Bundan sonra ekranda QR kod görünəcək; Daha sonra mobil telefonunuzda SİMA İmza tətbiqinə daxil olun; SİMA İmza tətbiqinin aşağı menyusunda yerləşən “QR” düyməsinə klikləyin; Terminalın ekranında əks olunan QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edin; İdentifikasiya prosesi uğurla tamamlandıqdan sonra ödəniş prosesini adi qaydada davam etdirin.

Prosesin daha rahat və sürətli keçməsi üçün SİMA İmza tətbiqini öncədən mobil telefonunuza yükləməyiniz və qeydiyyatdan keçməyiniz tövsiyə olunur.

İdentifikasiya prosesi tamamlanmadığı halda, terminala artıq daxil edilmiş vəsaitin geri qaytarılması qəbzdə çap olunan qalıq kartı (16 rəqəmli PIN- kod) vasitəsilə həyata keçirilir. Bu səbəbdən qəbzin saxlanılması vacibdir.

Yeni tələb nağd ödəniş əməliyyatlarının şəffaflığının artırılmasına və müvafiq normativ tələblərə uyğunluğun təmin edilməsinə xidmət edir.

“Expresspay” xidmətləri ilə bağlı məlumat almaq və yarana biləcək suallarınızı ünvanlamaq üçün *8118 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

“Expresspay” “Expressbank” ASC-nin ödəniş terminalları şəbəkəsidir. “Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://banco.az
archiveBu xəbər 16 Noyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri