Icma.az
close
up
RU
Əyalət sindromu haqqında │ Seymur Baycanın yazısı

Əyalət sindromu haqqında │ Seymur Baycanın yazısı

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hansısa bir türk serialında Azərbaycan mahnısı səsləndirilsə, Tükiyədə keçirilən hansısa bir musiqi yarışında Azərbaycan mahnısı oxunsa, məmə yeyəndən pəpə deyənə qədər küll halında şənlənirlər, sevinirlər, xoşbəxt olurlar. Qəzetlər və sosial şəbəkə səhifələri bundan xəbərlər düzəldib partapart yayırlar: “Məşhur türk serialında Azərbaycan mahnısı səsləndi. Urrraaaa!.. Ölmədik bu günü də gördük! Şükür yaradana!”. pizza mizza
Ərz edək ki, azerilerin əyalət sindromundan kəskin əziyyət çəkməsini türklər çoxdan bilirlər və həm ictimai-siyasi, həm də elə məişət müstəvisində azerilerin bu milli-psixoloji zədəsinin dərinləşməsində maraqlıdırlar.
Bir misal verək, sözsüz ki, arif adamlar, gözünün ucu ilə görməyi bacaranlar üçün bu misalda böyük ibrət dərsi vardır.
Türkiyənin Kahramanmaraş əyalətində zəlzələ baş verəndən sonra dövlət, müxtəlif təşkilatlar, şirkətlər, idarələr, həm də ayrı-ayrı vətəndaşlar tərəfindən zəlzələdən əziyyət çəkənlərə kifayət qədər kömək edildi. Ancaq nədənsə məhz bir epizod seçildi, uzun müddət gündəlikdə saxlanıldı, reklam olundu, gecə-gündüz gözlərə soxuldu.
Qırmızı üzlü yorğan-döşəyini çürük “Jiquli”yə yükləyib zəlzələyə yardım üçün qaçan bir azeri vardı: Sərvər Bəşirli.
Kimsə bu Sərvərin qırmızı üzlü yorğan-döşəyinin, çürük “Jiquli”sinin şəklini çəkmişdi. Sonra böyük bir həngamə, nəhəng bir məzhəkə başladı. Xəbərlər bu məzmunda təqdim olundu:
– Sərvər Bəşirli canlı yayında…
– Sərvər Bəşirli reklam olunmaq istəmədi. Proqramda iştirak etmədi, ancaq onun şəklini çəkən şəxsi studiyaya dəvət etmişik.
– Sərvər Bəşirlinin yorğanları maşına yüklədiyi görüntülər azzzz sonra!
– Sərvər Bəşirli Türkiyəyə dəvət olundu.
– Sərvər Bəşirli Türkiyəyə getdi.
– Türk səfiri Sərvər Bəşirli ilə görüşdü.
– Türk iş adamı Sərvər Bəşirliyə avtomobil hədiyyə etdi.
– Türk iş adamı Sərvər Bəşirlinin valideyinləriylə görüşdü.
– Sərvər Bəşirli avtomobilinə nömrə taxdı.
– Hadisə Sərvər Bəşirlini səhnəyə dəvət etdi.
– Sərvər Bəşirli Sarayda səhər yeməyinə dəvət olundu.
– Türkiyədə Sərvər Bəşirlinin avtomobilinin maketi hazırlanıb nümayiş olundu.
– Sərvər Bəşirli Sarayda alqışlandı…

Heç özünə sual verən oldumu, niyə dövlətin və xalqın yardımları Sərvərin qırmızı üzlü yorğan-döşəklərinin bir faizi qədər qabardılmadı?
Cavab sadədir: Türkiyədə azerileri belə görürlər. Belə görmək istəyirlər. Müti, savadsız, zövqsüz… Sərvər Bəşirli bir modeldir. Belə modellər bu və ya digər formada vaxtaşırı üzə çıxmalıdır.
Bir ildər artıqdır ki, Türkiyə-Azərbaycan mövzularından bacardığım qədər uzaq durmağa çalışıram. Belə məsləhətdir. Deyilənlərə görə, əsəb hüceyrələri bərpa olunmur. Azerilerin yüngülsaqqallığına görə xəcalət çəkirəm, əsəbiləşirəm. Onsuz da, dərdim başımdan aşır. Lakin bir neçə “julik” yaşamağa imkan vermir. Çətin həyatı daha da çətinləşdirirlər. Bilirlər ki, mövzuya həssasam. Harda adamı əsəbiləşdirən, adamın qanını qaraldan xəbər, video varsa, tapıb mənə göndərirlər: “Müəllim bunu oxu… Müəllim buna bir baxarsan”.
Etiraf edim ki, onlar məqsədlərinə asanlıqla nail olurlar. Xəbəri oxuyub, videoya baxıb əsəbiləşirəm. Belə bir qövmə aid olduğum üçün xəcalət çəkirəm. Əsəbiləşməmək, xəcalət çəkməmək mümkün olmur. Özümü saxlaya bilməyib yazı yazıram. Yaxınlarda həmin “julik”lərdən biri mənə bir link göndərmişdi. Linki açıb gördüm ki, idman saytlarından biri “Türk eksperti “Qarabağ”dan danışdı” sərlövhəsi altında bir video paylaşıb. Videoda türk ekspert “Qarabağ” haqqında nəsə çərənləyir. Axırda da “ay balam, yahşi balam” deyir. Guya Azərbaycana salam göndərir. Guya “ay balam, yahşi balam” bunun salamıdır. Azeriler de bu videonu sevinclə paylaşıblar.
Burda adamın yadına Çexovun “Sevinc” hekayəsi düşür. Təsəvvür et, səni dolayırlar, səni mədəni formada alçaldırlar, sən isə buna görə xoşbəxt olursan. Bu hal, bu qəbildən olan digər hallar artıq çoxdan normaya çevrilib. O qədər normaya çevrilib ki, kimsə bu normadan kənara çıxanda, bu normaya etirazın bildirəndə, “ayıbdı, bu qədər yüngülsaqqallıq etməyin, bir az özünüzə hörmət edin” deyəndə küll halında onu ruspərəst, türk düşməni adlandırırlar.
Azeriler heç sovet dövründə ruslara, Moskvaya bu qədər yarınmırdılar. O vaxt dil, din baryeri vardı. İndi dil, din baryeri də yoxdur. Əyalət sindromundan kəskin əziyyət çəkən azeriler mərkəzə yarınmaq üçün daha münbit şərait qazanıblar.
Türklərin azerilere “azeriler” deməsi nədənsə azerileri məhkəm cırnadır. Görəsən, niyə? Bu suala cavab tapmaqda çətinlik çəkməkdəyəm. Özü yıxılan ağlamamalıdır. Azeriler istəyirlər ki, hər cürə yüngülsaqqallıq etsinlər və türklər də bunun müqabilində onlara hörmət göstərsinlər. Belə şey olmur.
Şəxsən mən türklərin azerilere “azeriler” deməsini dəstəkləyirəm. Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Aqşin Əlizadə kimi bəstəkarları ola-ola musiqisi olmayan bir ölkənin avtovağzal mahnılarına daraşanlara, hara gəldi Türkiyə bayraqları asanlara, övladına türkcə layla çalanlara, övladı ilə “türkcə” danışanlara, Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı süni dilin ayağına verənlərə, saytları, kanalları Türkiyəyə aid mənasız, məzmunsuz xəbərlərlə dolduranlara, adı it dəftərində olmayan, iki eşşəyin arpasını bölə bilməyən ünsürləri “məşhur türk eksperti” kimi qiymətləndirənlərə və onlara tribunalar verənlərə, əl öpmək adətini Azərbaycana gətirmək istəyənlərə, Qalatasaraya və Fənərbaxçaya görə bir-birlərini təhqir edənlərə, bir-birlərinə “abi” deyə müraciəti edənlərə, türk psevdoromantizminə yoluxanlara, sevgilisindən ayrılanda “seni terkettiyse, üzülme, zaten yoktu” janrında ağlaşma quranlara azeri deyilməlidir. Azərbaycanlı adı bu adamlar üçün həddindən artıq böyük şərəfdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Oktyabr 2026 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri