Icma.az
close
up
RU
“Əyləncə” adı altında uşaqlar ölüm riskinə atılır XƏBƏRDARLIQ!

“Əyləncə” adı altında uşaqlar ölüm riskinə atılır XƏBƏRDARLIQ!

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Kartinq çox vaxt əyləncə vasitəsi kimi təqdim olunur və insanlar onu sadə bir oyun hesab edirlər. Halbuki kartinq mühərriki və sürəti olan, real risk daşıyan texniki vasitədir. Bu səbəbdən təhlükəsizlik məsələsi heç vaxt ikinci planda qala bilməz. Baş verən faciə də göstərir ki, bəzi kartinq mərkəzlərində təhlükəsizlik sistemli şəkildə qurulmayıb və ya bu məsələyə formal yanaşılır". 
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib. 
Onun sözlərinə görə, təhlükəsizlik ilk növbədə kartinqlərin texniki sazlığından başlayır:
"Hər bir kartinq trasına çıxmazdan əvvəl mütləq yoxlanılmalıdır. Əyləclər tam işlək vəziyyətdə olmalı, sükan boşluq verməməli, qaz pedalı ilişməməlidir. Xüsusilə yeniyetmələr üçün kartinqlərin sürəti mütləq şəkildə məhdudlaşdırılmalı, uşaqlar üçün ayrıca sürət həddi müəyyən edilməlidir. Kartinqdən istifadə edən şəxslər əvvəlcədən məcburi təlim keçməlidirlər. İştirakçılara trasdan istifadə etməzdən öncə risklər və təhlükə hallarında davranış qaydaları aydın və başa düşülən şəkildə izah olunmalıdır. Xüsusilə uşaqlara panika zamanı qaza basmamağın, əksinə əyləci sıxmağın vacibliyi izah edilməlidir". 
Ekspert qeyd edib ki, kartinq meydançasının quruluşu da təhlükəsizlik standartlarına uyğun olmalıdır:
"Meydançanın beton və ya metal baryerlərlə əhatə olunması yolverilməzdir. Toqquşma zamanı zərbəni udan xüsusi qoruyucu baryerlərdən istifadə edilməli, təhlükəli döngələrdə əlavə qoruma tədbirləri görülməlidir. Əgər bir toqquşma ölümlə nəticələnibsə, bu artıq onu göstərir ki, kartinq meydançası təhlükəsizlik tələblərinə cavab verməyib və risklər real şəkildə qiymətləndirilməyib. 
Nəzarət məsələsi də son dərəcə vacibdir. Kartinq mərkəzlərində proses nəzarətsiz qalmamalı, meydançada daim təlim keçmiş personal olmalıdır. Hər hansı qəza baş verən kimi dərhal hərəkət dayandırılmalıdır. Əgər iştirakçılardan biri yıxılıbsa və hərəkətsiz qalıbsa, digərlərinin sürməyə davam etməsi son dərəcə təhlükəlidir. Bu, beynəlxalq səviyyədə qəbul olunmuş elementar təhlükəsizlik qaydasıdır".
Ekspert bildirib ki, qoruyucu vasitələr sadəcə görüntü xatirinə deyil, real təhlükəsizlik üçün tətbiq olunmalıdır:
"Dəbilqələr uşaqların ölçüsünə uyğun olmalı, boş qalmamalıdır. Boyun qoruyucuları düzgün taxılmalı, təhlükəsizlik kəmərləri işlək vəziyyətdə olmalıdır. 
Təəssüf ki, bəzi mərkəzlərdə bu vasitələr formal xarakter daşıyır. Halbuki təhlükəsizlik görüntü deyil, nəticədir. Yeniyetmələrlə bağlı məsuliyyət daha da böyükdür. Onlar böyüklərlə eyni şərtlərdə kartinq meydançasına buraxılmamalıdırlar. Yaşa uyğun kartinqlərdən istifadə edilməli, sürət limiti mütləq tənzimlənməlidir. Ailələr də bu məsələdə diqqətli olmalı, uşağı kartinqə buraxmazdan əvvəl hazırlıq səviyyəsi ilə maraqlanmalı və təhlükəsizlik şərtlərini soruşmalıdırlar".
Qeyd edək ki, ötən gün kartinq mərkəzlərindən birində baş verən ölümlə nəticələnən hadisə əyləncə məkanlarında təhlükəsizlik standartlarının yetərli olub-olmaması ilə bağlı müzakirələrə səbəb olub.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri