Icma.az
close
up
RU
Eynək şüşələrini təmizləməyin pratik üsulu Cızığı aparır, parlaqlığı bərpa edir

Eynək şüşələrini təmizləməyin pratik üsulu Cızığı aparır, parlaqlığı bərpa edir

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Eynək istifadəçilərinin ən çox rastlaşdığı problemlərdən biri şüşələrdə yaranan ləkələr və zamanla ortaya çıxan xırda cızıqlardır. Bu hallar həm görüntü keyfiyyətini aşağı salır, həm də eynəyin ömrünü qısaldır. Halbuki ev şəraitində tətbiq oluna biləcək təbii və sadə üsullarla həm ləkələrdən qurtulmaq, həm də yüngül cızıqları azaltmaq mümkündür.

Milli.Az xəbər verir ki, eynək şüşələrini təmizləyərkən istifadə olunan məhsullar böyük əhəmiyyət daşıyır. Bazarda satılan kimyəvi tərkibli təmizləyicilər şüşənin örtüyünü zədələyə və iz qoya bilər. Bunun əvəzinə:

İlıq su və bir neçə damla təbii maye sabun - mikrofiber bezlə silindikdə həm ləkələri aparır, həm də şüşənin parlaqlığını qoruyur.

Sirkə və su qarışığı - həm təmizləyir, həm də antibakterial təsiri ilə şüşəni hijyenik edir.

Karbonatla cızıqları azaltma üsulu

Vaxt keçdikcə əmələ gələn yüngül cızıqlar görüntünü bulanıqlaşdırır. Tamamilə aradan qaldırmaq mümkün olmasa da:

Karbonat və su ilə hazırlanan qalın məcun

Dairəvi hərəkətlərlə yavaşca şüşəyə tətbiq edildikdə, səthi parladır və cızıqların görünməsini azaldır.

Diş məcunu ilə sürətli həll

Aşındırıcı olmayan bir diş məcunu az miqdarda cızıqlı sahəyə çəkilərək mikrofiber bezlə yüngül şəkildə silindikdə, xırda cızıqlar gözlə görünəcək dərəcədə azalır. Burada diqqət olunmalı məqam - aşındırıcı tərkibli olmayan diş məcunu seçməkdir.

Təbii yağlarla parlaqlıq effekti

Hindqozu yağı və ya jojoba yağı kimi təbii yağlar cızıqların içinə dolaraq işıq qırılmasını balanslaşdırır və cızıqların görüntüsünü müvəqqəti azaldır. Çox az miqdarda tətbiq edildikdə şüşələr daha parlaq görünür.

Eynək şüşələrinin ömrünü uzatmaq üçün ipucları

Kağız dəsmal və ya sərt parçalar deyil, mütləq mikrofiber bez istifadə edin.

Təmizləyərkən həddindən artıq təzyiq göstərməyin.

Müntəzəm və doğru qulluqla eynək şüşələri uzun müddət ilk günkü kimi aydın qala bilər.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Oktyabr 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri