Qazi təcili yardım maşınının şüşələrini sındırdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Abşeron rayonunda insident törədilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün Xırdalan şəhərində qeydə alınıb.
29 yaşlı Zaur Hüseynov çağırışa gələn təcili yardım avtomobilinə xuliqanlıq niyyətilə zərər vurub. O, maşına zərbələr endirərək operativ nəqliyyat vasitəsinin şüşələrini sındırıb.
Ətrafda olan şəxslərin köməkliyi ilə Z.Hüseynovun hərəkətlərinin qarşısı alınıb.
İnsidentlə bağlı polis tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Z.Hüseynov Vətən müharibəsi iştirakçısıdır.
Baxış sayı:119
Bu xəbər 16 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















