Icma.az
close
up
RU
Eynicinslilərin evlənməsi niyə adi hal alıb? MÜNASİBƏT BİLDİRİLDİ

Eynicinslilərin evlənməsi niyə adi hal alıb? MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bəzi insanları anlaya bilmirəm, sanki biz dünyadan ayrı, Mars planetində yaşayırıq. Planetdə baş verən bütün hadisələr, həyatımızda öz təzadını göstərən mənfi və müsbət tərəfləri ilə artıq insanlar tərəfindən qəbul edilən bir çox həyat tərzi başqa ölkələrdə olduğu kimi Azərbaycanda da oturuşmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, biz ona qarşı dirəniş göstərsək, sadəcə külək dəyirmanı ilə vuruşmuş Don Kikota oxşayan bir cəmiyyət yaratmış oluruq: "Azərbaycanda da son illər çox sürətlə ekoloji, sosial, iqtisadi, psixoloji, həm işsizlik, həm də sosial şəbəkə, internetin gətirdiyi dınaqarası liberal azadlıq nəticəsində insanlarda dəyişikliklər çox sürətlə gedir. Xüsusən də ekoloji vəziyyət, qidalanma, səhiyyə və təbabətlə bağlı çox zəif inkişaf ona gətirib çıxartdı ki, insanların məlumatsızlığından istifadə edən bir çox dəllallar dünyada gedən prosesləri Azərbaycanda sürətləndirdilər. Bu proseslər ötən əsrin 20-ci illərindən başlayaraq 2-ci dünya müharibəsindən sonra, xüsusən də böyük bir depressiya planetdə baş verdi, daha da sürətləndi. 60-cı illərin əvvəllərindən əvvəl Fransada, 50-ci illərin axırı, 60-cı illəri Fransa da Tələbə Hərəkatı kimi başladı. Əslində, keçmiş SSRİ-də də bunun təsirini biz görürdük, orada uzun saçlı gitara çalan gəclər və öz hüquqlarını tələb edən xanımların çox sakit üsyanını görürdük.

Amma biz SSRİ məkanında, Azərbaycanda yaşayırdıq, çox sərt rejim vardı deyə, bunları nə kütləvi informasiya vasitələri verirdi, nə də ki, genişləndirməyə imkan verirdi. Amma dünyanın hər yerində bu baş verdi, azad sevgi, uyuşduruculara icazə verilməsi, qadın-kişi bərabərliyi adı altında seks inqilabı dünyada bir çox dəyişikliklərə aparıb çıxartdı. Orada siyasi dəyişiklik oldu, ağlarla qaraların hüquqları bərabərləşdi, qadınlarla kişilərin hüquqları bərabərləşdi və inkluziv bir cəmiyyətin yaradılması üçün ilkin addımlar atıldı. Amma müsbət tərəfi ilə yanaşı, yəni siyasi, iqtisadi və ictimai, sosial azadlıqlar gətirməklə yanaşı həm də məişətdə çox qəribə insanların hər birinə böyük əksəriyyətlə təsir edə biləcək çox qəribə mənfi təsirləri də oldu. Onlardan biri də, bəlkə də bu mənfi deyil, bizə elə gəlir, bizim baxışlarımızda bu belədir, onlardan biri də seks azadlığı idi, cinslərarası fərqin götürülməsi və istənilən insanla sevgi yaşamaq azadlığı idi. Radikal düşüncə tərzi, həyat ərzinə uyuşmuş bir çox insanlar uzun müddət qərb cəmiyyətində, istər mətbuatda, mediada, istər kütəvi informasiya vasitəsinin digər formalarında, istər kinoda, teatrda və incəsənətin müxtəlif sahələrində aparcı rol oynamağa başladılar. Müxtəlif ölkələrdə istər lezbiyan, istər mavi, istər transların həm hüquqları ilə bağlı təşkilatlar yaranmağa başladı, həm də bunlar azad, öz istəklərini ortaya qoymağa başladılar. Düzdür, Qərb cəmiyyəti onlara müəyyən qadağalar da qoymuşdu. Qadağalar 70-ci illərdən etibarən oldu. Amma bu qadağalar sırf qanunla deyildi, etik normalar formasında oldu və kim ki, millətcə evlənmək istəyirsə, eyni cinslə evlilik olsun, dostluq olsun, seviş yaşamaq istəsin, onlar üçün ayrıca restoranlar, klublar, qapalı məkanlar, təşkilatlar, hüquqlarını qoruyan qurumlar yaradıldı. İstər geylərin, istər transların, istər digər bizə uyğun olmayan, amma beynəlxalq səhiyyə təşkilatı tərəfindən seksual sapıntı kimi qəbul edilən bəlaya tüş olmuş şəxslər özlərinin müxtəlif təhsisatlarını yaratmağa başladılar. Buna qarşı Qərb cəmiyyətində Avropadan nə qədər dirəniş olsa da bu mümkün olmadı. Bu, bir dalğaydı, o dalğa gəldi. SSRİ dağılandan sonra, xüsusən də internet, sosial şəbəkə, sərhədlər aradan qaldırılandan sonra, sosial şəbəkə və internet azad, sərbəst istifadəyə veriləndən sonra, bir informasiya inqilabı baş verəndən sonra artıq digər ölkələrdə də, xüsusən də Şərq, MDB ölkələrində bu proseslər güclənməyə başladı. Sözsüz ki, adiləşən, ümumiləşən və cəmiyyətin artıq etirazına səbəb olmayan, liberal, radikal, hər hansı bir təzyiqi öz üzərində hiss etməyən, o cümlədən dövlət qurumlarının və siyasi dairələrinin təzyiqini hiss etməyən bu tip insanlar artıq öz hüquqlarını daha da genişləndirdilər və onlar BMT-nin də qəbul etdiyi, bir çox beynəlxalq təşkilatların da qəbul etdiyi "üçüncü cins" anlayışını həyata gətirdilər. Bilirsiniz ki, iki cins var, bir kişi, bir qadın, amma bir də orta cins var. Bu orta cinsə müxtəlif seksual orientasiyası olan insanlar daxil edilir. Burada kişilərin mavi orientasiyası, qadınların çəhrayi, yəni lezbiyanka və gey dediyimiz, eyni zamanda iki cinsin də fiziksəl olaraq öz bədənində hiss edən həm mənəvi, həm psixoloji cəhətdən, həm qadın, həm kişi cinsi orqanı olan translar də bu hüquqlardan istifadə etməyə başladılar. Onlar artıq özlərinin həm dostluq, həm sevgi, həm də evlilik məsələsini ortaya qoydular. Bir çox ölkələrdə artıq bu, xüsusən də Amerikan bir çox ştatlarında, Avropanın bir çox ölkələrində və digər ölkələrdə bu artıq qanunvericilik səviyyəsinə gətirib çıxarılıb. Bəli, cəmiyyətlərdə müxtəlif mübahisələr oldu, radikal dini qurumlar, mühafizəkarlar buna etiraz etsələr də, artıq proses baş vermişdi və proses uzanmadan reallaşmağa başladı. Bunun müsbət, mənfi tərəfləri var. Yəni, insanlar artıq bilirdilər ki, kimin orientasiyası nədir. Mənfi tərəfi o idi ki, bir çox dəyərlər dağıldı və yeni dəyərlər ortaya qoyulmağa başladı. Azərbaycanda proses gec başladı. Vaxtilə Azərbaycanda, şəhərin mərkəzində bir çox bağlar vardı ki, orada cinsi azlıqların nümayəndələr toplaşırdılar. Daha sonra keçmiş Tbilisi prospektində toplaşmağa başladılar. Kinostudiyanın qarşısında olan həmin küçədə və digər yerlərdə - Neftçilər, Əhmədli və digər metro stansiyalarında, yol kənarında cinsi azıqların nümayəndələri öz bədənlərini satmağa, xidmət göstərməyə başladılar. Çünki onlar üçün başqa mühit yox idi. Bir neçə dəfə təşəbbüslər oldu ki, cinsi azlığın nümayəndələri, eyni cinsli insanlar üçün restoranlar, klublar açılsın, amma onlar müxtəlif formada, təzyiqlərlə üzləşdilər. Hətta onların hüquqlarını müdafiə edən təşkilatların rəhbərləri intihar elədilər, bir neçə nəfərdə bu hadisə baş vermişdi. Bir neçə insan qətlə yetirildi, düzdür, dövlət o qatilləri və bu hadisələri, cinayət hadisələrini törədənləri həbs etdi. Amma ümumiyyətlə götürəndə ilkin vaxtları da bu radikal adımlar bir az da bu insanları qızışdırdı və sosial şəbəkələr xüsusən də son illər yaranmış yeni platformalar, daha asan, vizual informasiyaları ötürən "TikTok" tipində, "İnstagram" tipində video paylaşım təsisatları bu insanları real həyatda, küçələrdə həyata keçirdikləri bir çox addımlarını virtuallaşdırdı və insanların artıq smartphone vasitəsilə istədiyi insanla birbaşa təmasını yaratmış oldu".

"Biz istəsək də, istəməsək də bu proses gedir, Azərbaycanda da gedir, Azərbaycanda biz bunları qadağan etsək, çox istedadlı adamlar artıq xarici ölkələrə axışıb gedirlər, istər dostluq edirlər, evlənirlər və s. Azərbaycanın tanınmış adamlarının övladları da xarici ölkələrdə, Amerikada, Avropada çox senatorların övladları ilə encinsli nigaha girirlər. Biz bunun səbəbini axtarmalıyıq. Nə üçün bunlar baş verdi? Fikirləşirəm ki, son illərin abortları və əməliyyatla uşaq götürülməsi bir tərəfdən, hazır yeməklər, energetik içkilər, narkotika, uyuşduruculardan istifadə etmək digər tərəfdən, işsizlik, ümumi dəbə uymaq və cinsi azlıqların tanınmış nümayəndələrinin varlı olması, maşınları olmasının o təsirə düşən insanların sayının artması da digər tərəfdən belə hallara səbəb olur. Amma bunun qarşısını biz ala bilərikmi, əsas məsələ budur. Məncə, milli dəyərləri önə çəkməklə, bəlkə də, bu prosesi yavaşlatmaq olar. Ümumiyyətlə götürəndə proses artıq planından kənara çıxıb və ona qarşı çıxış etmək cəmiyyətdə böyük təbəllüatlara səbəb ola bilər. Biz başqa bir format da axtarmalıyıq. Onu ictimaiyyət özü müzakirə edib qərar qəbul etməlidir" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see201

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see189

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see180

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see163

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see157

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see143

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see136

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see134

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see133

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see133

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see128

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see128

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see125

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see124

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see120

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri