Icma.az
close
up
RU
Əzbərçiliyə SON: Buraxılış imtahanında yeni model nə vəd edir? TƏHLİL

Əzbərçiliyə SON: Buraxılış imtahanında yeni model nə vəd edir? TƏHLİL

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Məqsəd şagirdlərin dil bacarıqlarını daha dərin şəkildə yoxlamaqdır


“Ənənəvi testlərdə cavab dəqiq idi, yeni modeldə isə qiymətləndirici subyektiv yanaşa bilər. Bu isə şagirdlər və valideynlər arasında narazılıq yarada bilər"

Bu ildən etibarən IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq olunub. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə “Xalq” qəzetinə müsahibəsində bildirib ki, yeniliyin əsas məqsədi şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir. Onun sözlərinə görə, 2027-ci ildən etibarən bu model XI sinif buraxılış imtahanlarında da tətbiq ediləcək.


  Buraxılış imtahanlarında xarici dil üzrə tətbiq edilən yeni test modelini müsbət dəyərləndirən təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik təhsil sistemində mühüm yeniliklərdən biridir və bu yanaşma real bacarıqları ölçmək baxımından əvvəlki modellə müqayisədə daha məqsədyönlüdür: 

"Ənənəvi testlərdə şagirdlər qrammatikanı və lüğət ehtiyatını əzbərləməklə müəyyən nəticə qazana bilirdilər, lakin bu nəticələr onların real ünsiyyət bacarığını tam əks etdirmirdi. Yeni model isə yaradıcı düşünmə, məntiqi ardıcıllıq və ünsiyyət yönümlü tapşırıqlarla şagirdin funksional dil biliklərini ortaya qoymağa imkan verir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin vurğuladığı kimi, məqsəd şagirdlərin dil bacarıqlarını daha dərin şəkildə yoxlamaqdır və bu, beynəlxalq imtahan standartlarına uyğunluq baxımından da irəliləyişdir.

Statistik göstəricilər dəyişikliklərin zəruriliyini təsdiq edir. 2023-cü ildə IX sinif buraxılış imtahanlarında xarici dil üzrə nəticələrin 30 faizinin minimum həddən aşağı olması göstərdi ki, ənənəvi testlər bilik boşluğunu gizlətmirdi, sadəcə üzərini örtürdü. Yeni model bu boşluğu real şəkildə üzə çıxarmağa imkan verəcək. Müsbət tərəfi odur ki, şagirdlərin yazılı və şifahi bacarıqları, yaradıcı yanaşmaları yoxlanılacaq və məktəblərdə də dərs prosesinin məzmunu dəyişməyə məcbur olacaq.

Lakin burada müəyyən tənqidi məqamlar da mövcuddur. Birincisi, ölkədə dil tədrisinin keyfiyyəti hələ də məktəblər üzrə bərabər deyil. Rayon məktəblərində xarici dil müəllimlərinin çatışmazlığı, dərs yükünün yüklü olması və tədris metodikasının köhnə qalması bu modelin effektiv tətbiqini çətinləşdirə bilər. Əgər tədris mühiti eyni səviyyədə deyilsə, yeni model region və paytaxt məktəbləri arasındakı fərqləri daha da dərinləşdirəcək. İkincisi, imtahan modelində yaradıcı yazı və məntiqi ardıcıllıq tələb edən tapşırıqların qiymətləndirilməsi də obyektivlik baxımından sual doğura bilər. Çünki ənənəvi testlərdə cavab dəqiq idi, yeni modeldə isə qiymətləndirici subyektiv yanaşa bilər. Bu isə şagirdlər və valideynlər arasında narazılıq yarada bilər".


K. Əsədovun sözlərinə görə, imtahan modelinin dəyişməsi dərhal nəticə verməyəcək. Əgər dərsliklər, müəllim hazırlığı və tədris proqramı uyğunlaşdırılmasa, yeni model kağız üzərində yaxşı görünəcək, amma praktiki nəticə gözləniləni verməyəcək: 

"Bu baxımdan Elm və Təhsil Nazirliyinin müəllimlər üçün əlavə hazırlıq kursları təşkil etməsi, dərsliklərdə kommunikativ tapşırıqların artırılması və məktəblərin resurslarının gücləndirilməsi vacibdir. Nazirliyin son illərdə kurikulum islahatlarını dəstəkləməsi və imtahanları dünya standartlarına yaxınlaşdırması müsbət işdir, amma paralel olaraq tədris mühiti də eyni sürətlə inkişaf etdirilməlidir.

Nəticə olaraq, yeni model şagirdlərin həqiqi dil biliklərini ölçmək baxımından böyük üstünlüklərə malikdir və ənənəvi testlərlə müqayisədə yaradıcı və məntiqi düşünməni daha yaxşı stimullaşdırır. Amma tətbiqin uğurlu olması üçün məktəblərdə dil tədrisinin keyfiyyəti artırılmalı, müəllimlər metodik dəstək almalı, qiymətləndirmənin obyektivliyi gücləndirilməlidir. Əks halda, yaxşı niyyətlə edilən bu dəyişiklik reallıqda yeni narazılıqlara səbəb ola bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Sentyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri