Əzələlər üçün təkcə ət deyil: Zülal baxımından ən zəngin 5 meyvə
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zülal dedikdə ilk növbədə ət, yumurta və süd məhsulları yada düşür. Lakin bəzi meyvələr də digər meyvələrlə müqayisədə daha çox zülal ehtiva edir və lif, vitaminlər, antioksidantlar kimi faydalı maddələrlə zəngindir.
Demokrat.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, meyvələr tam dəyərli zülal mənbəyi olmasa da, balanslı qidalanmanın faydalı hissəsi ola bilər.
Zülalla zəngin 5 meyvə
1. Quava – 1 stəkanda təxminən 4 qram zülal
Quava siyahıda ilk yeri tutur. Bir stəkan (təxminən 160 qram) quavanın tərkibində 4 qrama yaxın zülal və 9 qram lif var. Meyvə həmçinin C vitamini və polifenollarla zəngindir. Bəzi araşdırmalar quavanın diş əti iltihabını azaltmağa və qan təzyiqinin aşağı düşməsinə müsbət təsir göstərə biləcəyini göstərir.
2. Cekfrut – 1 stəkanda təxminən 3 qram zülal
Bir stəkan cekfrut təxminən 3 qram zülal, həmçinin lif və kalium ehtiva edir. Gənc meyvənin lifli quruluşuna görə bir çox ölkədə onu ət əvəzedicisi kimi müxtəlif yeməklərdə istifadə edirlər.
3. Böyürtkən – 1 stəkanda təxminən 2 qram zülal
150–160 qram böyürtkənin tərkibində təxminən 2 qram zülal və 8 qram lif var. Tünd rəngini verən antosianinlər ürək-damar sistemi və beyin sağlamlığı üçün faydalı hesab olunur. Araşdırmalar bu maddələrin "pis" xolesterin və triqliserid səviyyəsini azaltmağa kömək edə biləcəyini göstərir.
4. Avokado – yarım meyvədə təxminən 1,5 qram zülal
Avokado çoxlu doymamış yağlar və təxminən 5 qram lif ehtiva edir. Zülal miqdarı yüksək olmasa da, yumurta, balıq, pendir, paxlalılar və tam taxıllı məhsullarla birlikdə istehlak edildikdə qidalanmanı daha balanslı edir.
5. Nar – yarım stəkanda təxminən 1,5 qram zülal
Yarım stəkan nar dənəsində 1,5 qram zülal və 3,5 qram lif var. Narın tərkibindəki polifenollar ürək-damar sağlamlığına və maddələr mübadiləsinə müsbət təsir göstərə bilər. Bəzi tədqiqatlarda narın qan təzyiqini müəyyən qədər aşağı saldığı müşahidə olunub.
Mütəxəssislər vurğulayırlar ki, bu meyvələr faydalı olsa da, ət, balıq, yumurta, süd məhsulları və paxlalıları əvəz edə bilməz. Onların əsas üstünlüyü zülalla yanaşı, orqanizm üçün vacib olan lif, vitamin və antioksidantları da təmin etməsidir.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu meyvə əzələlər üçün FAYDALIDIR
05 Fevral 2026 16:46
Robotlar üçün özünü bərpa edən əzələlər yaradılıb
04 İyun 2025 02:00
NVIDIA, robotlar üçün yeni “beyin və əzələlər” təqdim etdi...
01 Oktyabr 2025 20:17
Diyetoloqlar 50 yaşdan sonra əzələlər üçün vacib qida maddəsini açıqladı
24 Avqust 2026 08:46
Ət yeməyənlər üçün proteinlə zəngin 5 qida: Əzələ qurmağa kömək edir
26 Dekabr 2024 20:23
Baxış sayı:99
Bu xəbər 07 Avqust 2026 15:27 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları