Bu meyvə əzələlər üçün FAYDALIDIR
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Manqo püresinin intensiv fiziki yüklənmələr zamanı əzələlərin bərpasını sürətləndirdiyi və orqanizmdə iltihabı azaltdığı müəyyən edilib. Bu qənaətə Tailandlı alimlər milli çimərlik voleybolu yığmasının üzvləri üzərində apardıqları tədqiqat nəticəsində gəliblər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" elmi jurnalında dərc olunub.
Pilot tədqiqat çərçivəsində idmançılar dörd həftə ərzində hər gün 600 qram manqo püresi qəbul ediblər. Digər mərhələdə isə eyni kalorili plasebo istifadə olunub. Qan göstəricilərinin müqayisəsi zamanı məlum olub ki, manqo C-reaktiv zülal və interleykin-6 kimi sistemli iltihabın əsas markerlərinin səviyyəsini azaldır. Eyni zamanda intensiv fiziki yüklənmələrdən sonra əzələ zədələnməsi ilə əlaqəli olan kreatinkinaza fermentinin konsentrasiyası da aşağı düşüb.
Bundan əlavə, iştirakçıların immun göstəricilərində də dəyişikliklər qeydə alınıb. CD4+ T-hüceyrələrinin payı artıb və CD4/CD8 nisbəti yüksəlib ki, bu da müntəzəm məşqlər şəraitində immun sisteminin daha stabil olduğunu göstərə bilər. Araşdırma müddətində idmançıların bədən çəkisi, bədən tərkibi və ümumi enerji qəbulu isə dəyişməz qalıb.
Tədqiqat müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr manqonu universal bərpa vasitəsi kimi təqdim etməyə əsas vermir. Bununla belə, bu meyvənin idmançıların qida rasionuna daxil edilməsinin potensial faydasına işarə edir. Effektlərin tam təsdiqlənməsi və praktik tövsiyələrin hazırlanması üçün daha genişmiqyaslı və uzunmüddətli araşdırmalara ehtiyac var.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 Fevral 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















