Əziz Ələkbərli: Qərbi Azərbaycan folkloru milli kimliyimizin və tarixi həqiqətlərimizin təminatıdır
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın açılış məraismində çıxış edən Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli bu cür elmi tədbirlərin Azərbaycan mədəni irsinin qorunması və inkişafında mühüm rol oynadığını qeyd edib.
Əziz Ələkbərli çıxışı zamanı üç il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında etdiyi çıxışı xatırladıb. Həmin çıxışda Qarabağ müharibəsindən sonrakı dövr üçün dövlətin və xalqın strateji hədəflərinin müəyyənləşdirildiyini, tarixi torpaqlara qayıdış və bu istiqamətdə atılacaq addımların yol xəritəsinin formalaşdırıldığını vurğulayıb: "Görəcəyimiz bütün işlərin istiqaməti artıq müəyyən edilib və ən önəmlisi Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulmasıdır”.
O, Qərbi Azərbaycan ərazilərində minilliklər boyu əcdadlarımızın yaşadığını və bu torpaqların folklorunun milli kimliyimizin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb:"Hər bir xalq yaşadığı ərazi ilə bağlı zəngin folklor nümunələri yaradır və bu mətnlər həmin ərazilərdə tarixən kimlərin yaşadığını təsdiqləyir”.
Əziz Ələkbərli son iki yüz il ərzində bu ərazilərə köçürülmüş ermənilərin folklor irsinin zəif olduğunu, çünki bu ərazilərin onların tarixi vətəni olmadığını bildirib. O, Azərbaycanda folklor tədqiqatlarının irəliləyişlərini qeyd edərək, əvvəllər səkkizcildlik folklor antologiyasını və içərisində Həsən Mirzəyevin tərtibatında çap olunmuş Dərələyəz folkloru cildini xüsusi vurğulayıb.
Deputata folklorun həm ümummilli, həm də regional xüsusiyyətlərinin öyrənilməsinin vacibliyini qeyd edib və bu sahədə elmi tədqiqatların davam etdiyini bildirib. Hazırda 100-dən çox məruzənin təqdim olunacağı konfransın Qərbi Azərbaycan folkloru mövzusunda keçirilən ikinci böyük elmi tədbir olduğunu və bu sahəyə layiqli töhfə verəcəyinə şübhə etmədiyini bildirib.
Sonda Əziz Ələkbərli konfrans iştirakçılarına uğurlar arzulayaraq, tədbirin gələcəkdə yeni elmi yanaşmaların formalaşmasına və Qərbi Azərbaycan folklorunun daha dərindən tədqiqinə imkan yaradacağına ümid etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 26 Dekabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















