FA Kubokunda sürpriz edən klubun sahibi: Klubu dörd günlük içki məclisindən sonra aldım
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə VI liqasında çıxış edən "Maklsfild"in sahibi Rob Smetherst, FA Kubokunun 1/32 final mərhələsində "Kristal Pelas" üzərində qazanılan 2-1 hesablı qələbə ilə bağlı təəssüratlarını bölüşdü. Sport24.az xəbər verir ki, klub prezidenti bununla bağlı "Daily Mail"ə açıqlama verib:
"Bu inanılmazdır! Dilim tutulub, bu, inanılmazdır! Beş il əvvəl klubu alanda bunu təsəvvür belə edə bilməzdim. Klubu dörd günlük içki məclisindən sonra "Rightmove"dən (Britaniya onlayn əmlak portalı - red.) aldım və indi baxın haradayıq. Uşaqlar üçün İbizaya səfər planlaşdırmışam. Amma indi yox, mövsüm bitdikdən sonra".
Qeyd edək ki, 48 yaşlı iş adamı nəqliyyat logistika tətbiqi sayəsində sərvət qazanıb. Lakin koronavirusun başlaması ilə onun biznesi çöküb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 11 Yanvar 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















