Fabreqasın komandasından böyük transfer həmləsi
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın “Komo” klubu “Çelsi”nin və İngiltərə millisinin mərkəz müdafiəçisi Trevo Çalobanın keçidini rəsmiləşdirib.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı futbolçu A Seriyası təmsilçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan uzunmüddətli müqavilə bağlayıb.
“Komo”nun baş məşqçisi vaxtilə “Çelsi”, “Arsenal” və “Barselona”da çıxış etmiş, İspaniya yığmasının heyətində dünya və Avropa çempionu olmuş Sesk Fabreqasdır. 39 yaşlı mütəxəssisin başçılıq etdiyi komanda ötən mövsüm A Seriyasında 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
“Çelsi”nin yetirməsi olan Çaloba ötən mövsüm London təmsilçisinin heyətində bütün turnirlərdə 47 matçda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Avqust 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















