Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Facebook və WhatsApp da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır?

Facebook və WhatsApp da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır?

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlər sosial şəbəkələrdə vətəndaşların aldadılması, şəxsi məlumatlarının ələ keçirilməsi və sonradan şantaj olunması ilə bağlı ciddi narahatlıq doğuran yeni kiberdələduzluq sxemi yayılıb.

Müşahidə olunan hallar göstərir ki, bu üsul təsadüfi fərdi dələduzluqdan daha çox koordinasiyalı fəaliyyətə bənzəyir.

Əldə olunan məlumatlara görə, naməlum şəxslər əvvəlcə Facebook üzərindən saxta profillərlə vətəndaşlarla əlaqə yaradırlar. Onlar özlərini xüsusi xidmət orqanının nümayəndəsi, prokurorluq əməkdaşı və ya digər hüquq-mühafizə qurumlarının əməkdaşı kimi təqdim edərək qarşı tərəfdə etimad formalaşdırmağa çalışırlar. Dələduzlar söhbət zamanı guya hansısa araşdırma aparıldıqlarını, təhlükəsizlik məqsədilə əlaqə saxladıqlarını və ya rəsmi məlumat dəqiqləşdirməsi apardıqlarını bildirirlər. Bu bəhanələrlə vətəndaşın WhatsApp nömrəsini əldə etməyə çalışırlar. Maraqlıdır ki, nömrə əldə edildikdən sonra onlar dərhal aktiv fəaliyyət göstərmirlər. Əksər hallarda bir neçə gün ərzində əlaqə kəsilir. Bu isə qarşı tərəfdə şübhəni azaltmaq və əvvəlki yazışmanı unutdurmaq məqsədi daşıdığı ehtimal olunur. Bir müddət sonra isə xarici telefon nömrələri vasitəsilə WhatsApp-da yenidən əlaqə yaradılır. Bu dəfə tamamilə fərqli üslub seçilir. Vətəndaşa virtual tanışlıq, intim söhbət və ya görüntülü danışıq təklif olunur. Söhbət zamanı qarşı tərəf adətən özünü xaricdə yaşayan qadın kimi təqdim edir, əvvəlcədən hazırlanmış foto və videolardan istifadə edir və qarşı tərəfi görüntülü danışığa cəlb etməyə çalışır. Psixoloji manipulyasiya üsullarından istifadə olunaraq şəxsin rahat davranmasına nail olunmağa çalışılır. Vətəndaş görüntülü danışığa qoşulduqdan sonra danışıq gizli şəkildə qeydə alınır. Bəzi hallarda montaj olunmuş görüntülərdən də istifadə edildiyi bildirilir. Bundan dərhal sonra vəziyyət dəyişir. Şəxsə ard-arda hədə mesajları göndərilir:

 “Sənin videon bizdədir, bunu ailənə göndərəcəyik, bütün dost siyahına yayacağıq, ödəniş etməsən, videonu yaxınlarına göndərəcəyik, Facebook və digər sosial şəbəkələrdə paylaşacağıq.”

Dələduzlar xüsusilə vətəndaşın ailə üzvlərini, həyat yoldaşını, qohumlarını və iş yoldaşlarını hədəf göstərərək onu psixoloji təzyiq altında saxlamağa çalışırlar. Bu sxem beynəlxalq aləmdə geniş yayılmış “sextortion” – yəni intim görüntülərlə şantaj cinayətinin əsas xüsusiyyətlərini daşıyır. Dələduzluq sxeminin əsas məqsədi vətəndaşlarda qorxu və psixoloji təzyiq yaradaraq onlardan pul əldə etməkdir.

Bu cür hallarda şəxslər əvvəlcə müxtəlif yollarla qarşı tərəfin etimadını qazanır, daha sonra isə əldə etdikləri şəxsi məlumat və görüntülərdən şantaj vasitəsi kimi istifadə edirlər. Belə hallarda vətəndaşlara intim xarakterli görüntülərin ailə üzvlərinə, yaxınlarına və tanışlarına göndəriləcəyi, yaxud sosial şəbəkələrdə yayımlanacağı bildirilərək pul tələb olunur. Şantajçılar əsasən zərərçəkənin ifşa olunmaq və yaxınları qarşısında çətin vəziyyətə düşmək qorxusundan istifadə edirlər. Sxemin müxtəlif ölkələrdən olan telefon nömrələri, çoxsaylı saxta sosial media hesabları, əvvəlcədən hazırlanmış foto və video materiallar və oxşar üsullarla həyata keçirilməsi bu fəaliyyətin fərdi xarakter daşımadığını və daha geniş, koordinasiyalı şəbəkə ilə əlaqəli ola biləcəyini göstərir.

Lakin konkret cinayətkar qrupun müəyyən edilməsi yalnız hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində mümkün ola bilər. Sosial şəbəkələrdə tanımadıqları şəxslərlə şəxsi məlumatlarını paylaşmamağı, özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən şəxslərin kimliyini rəsmi yollarla yoxlamağı və xarici nömrələrdən gələn şübhəli görüntülü zənglərə cavab verməməyi tövsiyə olunur. Eyni zamanda, intim xarakterli görüntülərlə bağlı şantaja məruz qalan şəxslərin təzyiqə boyun əyməməsi və pul ödəməməsi vacibdir. Belə hallarda yazışmalar, telefon nömrələri, səsli mesajlar, ekran görüntüləri və digər mümkün sübutlar saxlanılmalı, məsələ dərhal aidiyyəti hüquq-mühafizə orqanlarına bildirilməlidir.

Şantajçıların sas məqsəd vətəndaşı qorxu altında saxlamaq və onun zəif psixoloji vəziyyətindən istifadə etməklə maddi gəlir əldə etməkdir. Bu səbəbdən belə hallarla üzləşən şəxslərin panikaya düşməməsi, şantajçılarla əlaqəni dayandırması və hüquqi yardım üçün aidiyyəti qurumlara müraciət etməsi mühüm əhəmiyyət daşıyır. 

Qeyd edək ki, sosial şəbəkələrdə adi tanışlıq və yazışma ilə başlayan prosesin sonradan şantaj və maddi tələbə çevrilməsi bir daha göstərir ki, rəqəmsal məkanda şəxsi məlumatların qorunması və tanımadığımız şəxslərlə ünsiyyətdə ehtiyatlı davranmaq olduqca vacibdir.

Vüsal

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri