Paşinyan: “Cinayətkar aləmin nümayəndələri Avropaya getmək üçün özlərini gey kimi təqdim edirdilər”
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə bərabərlik haqqında qanun layihəsinin hazırlandığını açıqlayıb. O bildirib ki, sənəd yalnız cinsi azlıqların hüquqlarının qorunmasına deyil, həm də Avropaya sığınacaq almaq məqsədilə cinsi orientasiyasını saxta şəkildə təqdim edən şəxslərin qarşısının alınmasına xidmət etməlidir.
Yerevanda “Restart” fondunun təşkil etdiyi “MaskOFF” müzakirələrində çıxış edən Paşinyan Avropada Ermənistandan cinsi orientasiyasına görə köçmüş şəxslərlə rastlaşdığını bildirib.
Baş nazirin sözlərinə görə, bəzi cinayətkar aləmin nümayəndələri Avropada sığınacaq almaq üçün özlərini gey kimi təqdim edərək Ermənistanda təqib olunduqlarını iddia edirlər. O, bu halların ölkədən qeyri-qanuni miqrasiyaya səbəb olduğunu vurğulayıb.
Paşinyan qeyd edib ki, hazırlanmaqda olan qanun layihəsi bu cür halların qarşısının alınmasına da imkan verməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 08 Noyabr 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















