Icma.az
close
up
RU
Faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqəlidir EKSPERT RƏYİ

Faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqəlidir EKSPERT RƏYİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çimərlik ərazilərində baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqəlidir. Yəni qarşısı alınması mümkün olan yanlış davranışlar nəticəsində insanlar təhlükəli situasiyalarla üzləşirlər". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib.

Onun sözlərinə görə, dəniz istirahəti əhalinin diqqətini cəlb edən əsas istirahət növlərindən və məkanlarından biri hesab olunur: "Lakin bu cəlbedicilik çox zaman qəfil və gözlənilməz şəkildə insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Bəzən insanlar dənizdə istirahət zamanı onun potensial təhlükələrini nəzərə almırlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, azyaşlı uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də geniş yayılmış məsuliyyətsiz davranış forması olaraq qalmaqdadır. Vətəndaşlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Belə məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti mövcuddur və hər hansı fövqəladə vəziyyət baş verdikdə operativ müdaxilə imkanı təmin edilir.

Nəzarətsiz çimərliklərdə xilasedici xidmətin mövcud olmaması fövqəladə hallarda insan həyatını xilas etmə imkanlarını məhdudlaşdırır. Nəzarət olunan çimərliklərdə isə suyun dərinlik səviyyəsi əvvəlcədən müəyyənləşdirilir, həmçinin dəniz dibində insanlara xəsarət yetirə biləcək daşlar, qaya parçaları və digər təhlükəli elementlərdən təmizlənir".

Ekspert bildirib ki, dənizə daxil olmamışdan əvvəl hava şəraiti, küləyin intensivliyi və dalğanın hündürlüyü nəzərə alınmalıdır: "Hətta peşəkar üzgüçülər belə əlverişsiz meteoroloji amillər nəticəsində həyatlarını riskə ata bilirlər.

Maarifləndirmə və təbliğat işləri daha sistemli və dərin şəkildə həyata keçirilməlidir. Vətəndaşlar yalnız “dalğa var, üzmək olmaz” kimi xəbərdarlıqlarla kifayətlənməməli, dalğaların insan bədəninə göstərdiyi təsirlər, axın zamanı baş verən proseslər, boğulma zamanı orqanizmdə gedən fizioloji dəyişikliklər haqqında da məlumatlandırılmalıdırlar.

Çimərliklərdə təhlükəsizlik qaydalarının pozulması hallarında həm ictimai qınaq tədbirləri, həm də inzibati məsuliyyət mexanizmləri tətbiq olunmalıdır ki, belə davranışlar qarşısıalınan hala çevrilsin. Boğulma halları əksərən bir neçə saniyə ərzində, səssiz və xəbərdaredici əlamətlər olmadan baş verir. Hər il təkrarlanan bu kimi faciələrin əsas səbəbi isə diqqətsizlik və "heç nə olmaz" düşüncə tərzidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri