Faciəvi şəkildə ölən Niyaz üçüncü kurs tələbəsi imiş Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Bilgəhdə 21 yaşlı Niyaz Pirməmmədovun boğularaq ölümü ilə nəticələnən faciənin təfərrüatları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, mərhumun əmisi Nafeh Pirməmmədov Niyazın ailənin tək oğlu olduğunu bildirib:
“Üçüncü kursa keçmişdi. Evin tək oğlu idi, ailədə üç bacı, bir qardaş idilər”.
Qonşularından biri isə hadisənin hansı şəraitdə baş verdiyini açıqlayıb:
“Xəbər həm bizim, həm də bütün kənd üçün çox üzücü oldu. 21 yaşlı belə savadlı gəncin bu şəkildə dənizdə batması hamımızı sarsıtdı. Dörd dost olublar, Niyaz batmağa başlayanda digər üç nəfər ona kömək etmək istəyib və nəticədə hamısı batmaq təhlükə ilə üzləşib. Təəssüf ki, Niyazı xilas etmək mümkün olmadı”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, dalğıc-xilasedicilərin operativ əməliyyatı nəticəsində – 2001-ci il təvəllüdlü Məhəbbət Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Mustafayev və 2001-ci il təvəllüdlü Elburus Cəlalov xilas edilib.
Daha ətraflı “Baku TV”nin materialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Avqust 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















