Icma.az
close
up
RU
Fahrettin Altun: Afrika Qərb mediasında dezinformasiyaya əsaslanan bir çərçivədə təqdim olunur

Fahrettin Altun: Afrika Qərb mediasında dezinformasiyaya əsaslanan bir çərçivədə təqdim olunur

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Qlobal media sisteminin həqiqət və ədalət prinsiplərinə əsaslanaraq işləməsi lazımdır. Afrika qlobal mediada öz səsi ilə və ən doğru şəkildə təmsil olunmalıdır. Biz Afrikanın yalnız müharibələr, xəstəliklər kimi mənfi tərəflərlə deyil, onun real potensialı və dinamikası ilə tanıdılmasını istəyirik. Təəssüf ki, bu gün Qərb media sistemi içərisində Afrika əksər hallarda birtərəfli, qərəzli, stereotiplərlə dolu, manipulyativ və dezinformasiyaya əsaslanan bir çərçivədə təqdim olunur. Bunun qarşısını almaq üçün mübarizəmizi davam etdiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun İstanbulda keçirilən Türkiyə-Afrika Media Forumunda çıxışı zamanı ifadə edib. F.Altun bildirib ki, dünyada ədalətsiz bir sistemin dəyişdirilməsi istiqamətində Türkiyə Prezidentinin “Daha ədalətli bir dünya mümkündür” və “Dünya beşdən böyükdür” çağırışları tarixdən gələn ədalət və azadlıq səsinin əks-sədasıdır: “Biz də bu prinsipə sadiq qalaraq Afrika ölkələrinin daxili işlərinə müdaxilə etmək əvəzinə vasitəçilik rolumuzla qitədə sülhün, ədalətin və azadlığın bərqərar olmasına töhfə verməyə çalışırıq. Prezidentimizin lider diplomatiyasındakı uğuru və Türkiyənin vasitəçilik bacarığı, ölkəmizi Afrikada sabitləşdirici bir güc kimi mövqeləndirir”.

O, Türkiyənin “Afrikanın problemlərinə afrikalı həllər” tapmağa çalışdığını vurğulayaraq, media və kommunikasiya sahəsində də bu yanaşmanı əsas götürdüklərini qeyd edib.

Türkiyə ilə Afrika ölkələri arasında artan əhatəli münasibətlərə toxunan F.Altun deyib: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan indiyə qədər 31 Afrika ölkəsinə 50-dən çox səfər edib. Bu yüksəksəviyyəli səfərlər Türkiyənin Afrika qitəsinə verdiyi əhəmiyyətin, strateji əlaqələri qarşılıqlı fayda (qazan-qazan) prinsipi əsasında davam və inkişaf etdirmə istəyinin açıq göstəricisidir. Digər təsirli göstəricilərdən biri isə Afrikadaki Türkiyənin diplomatik nümayəndəlikərinin sayındakı artımdır. Türkiyənin 2002-ci ildə Afrikada cəmi 12 səfirliyi var idi, bu gün isə bu rəqəm 44-ə çatıb. Ankaradakı Afrika səfirliklərinin sayı isə 2008-ci ildə 10 olduğu halda, hazırda 38-ə yüksəlib”.

F.Altun Türkiyənin Afrika qitəsi ilə ticarət, investisiya, təhsil, mədəniyyət, təhlükəsizlik və hərbi əməkdaşlıq kimi bir çox sahədə güclü əlaqələr qurduğunu və bunu davam etdirdiyini bildirib.

“İndiyə qədər hüquqi baza infrastrukturunu gücləndirmək üçün Afrika ölkələrindən 49-u ilə ticarət və iqtisadi, 32-si ilə investisiyaların qarşılıqlı təşviqi və qorunması, 17-si ilə ikiqat vergitutmanın qarşısının alınması, 35-i ilə hərbi, 21-i ilə hərbi təhsil, 29-u ilə müdafiə sənayesi üzrə əməkdaşlıq sazişləri imzalanıb. Türkiyə humanitar yardımlar və inkişaf layihələri ilə Afrikanın sabitliyini gücləndirir”, - deyə departamentin rəhbəri bildirib.

Türk Hava Yollarının bu gün Afrikada 41 ölkəyə və 62 şəhərə uçuşlar həyata keçirdiyini, bunun da Türkiyə ilə Afrika arasındakı əlaqələri gücləndirdiyini, qarşılıqlı mədəni əlaqələri artırdığını vurğulayan F.Altun Maarif Vəqfinin bölgədə təhsil sahəsində mühüm təşəbbüslər həyata keçirdiyini və FETÖ ilə mübarizə aparmaqda qətiyyətli addımlar atdığını deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Fevral 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri