Icma.az
close
up
RU
FAO nun mütəxəssisi: “Dünyada gənc nəsil aqrar sektordan uzaqlaşır”

FAO nun mütəxəssisi: “Dünyada gənc nəsil aqrar sektordan uzaqlaşır”

Icma.az, Report.az saytına istinadən bildirir.

Dünyada gənc nəsil kənd təsərrüfatı sektorundan uzaqlaşır.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bitki mühafizəsi üzrə mütəxəssisi Cem Ərdoğan “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində "İnteqrir Bitki Mühafizəsi çərçivəsində Azərbaycanda Dayanıqlı kənd təsərrüfatı və bitki istehsalı" mövzusunda təlimdə deyib.

Onun sözlərinə görə, dünyada əkinə yararlı torpaq sahələri məhduddur: “Biz məhdud torpaqlarla qida zəncirini formalaşdırmalıyıq. Yəni, məhdud ərazilərlə daha çox məhsuldarlıq əldə etməliyik".

C. Ərdoğan qeyd edib ki, iqlim dəyişikliyi ən çox kənd təsərrüfatı sektoruna təsir göstərir: “Məsələn, Türkiyə üçün 2030-2035-ci illər üçün proqnozlaşdırdığımız iqlim dəyişikliyinin yaratdığı problemləri hazırda görməyə başlamışıq. Ona görə də bütün dünyada iqlim dəyişikliyi ilə mübarizədə birgə mübarizə aparmalıdır".

O əlavə edib ki, İnteqrasiya edilmiş Zərərvericilərlə Mübarizə (İPM) sisteminin tətbiqi pestisidlərin azalmasını və düzgün istifadəsini hədəfləyir: “Türkiyədə 24 milyon hektar əkin sahəsi var, 30 müxtəlif aqroekoloji zona, 165 kommersiya bitki növü var. Rəsmi olaraq 668 zərərli orqanizm var, 340 ilə aktiv mübarizə aparılır. Türkiyədə qeydiyyatda olan 2,2 milyon kənd təsərrüfatı müəssisəsi, 6 milyon kənd təsərrüfatı işçisi ilə 140 milyon tona yaxın kənd təsərrüfatı məhsulları istehsal edirik".

O vurğulayıb ki, Türkiyədə iki il geniş araşdırma apardıq: “Bu araşdırma bazarda istifadəsi geniş yayılan pestisidlərin və gübrələrin üzərində aparılıb. Bunun əsasında Türkiyədə İPM-lərə əsaslanan 29 təlimat hazırlanıb. Bu təlimatlar pestisidlərdən düzgün istifadə üsulunu özündə ehtiva edir. Bu təlimatlar hər biri ayrı-ayrı məhsula görə hazırlanıb. Əgər istehsalçı İPM-lərə uyğun məhsul istehsal etmək istəyirsə, bu zaman bu təlimatlar əsas götürülür. Burada risk dəyərləndirməsi həyata keçirdik. Qeyd elədik ki, bəzi pestisidlərin istifadəsi çox risklidir. Amma bu demək deyil ki, bəzi pestisidlərin istifadəsi qadağandır".

C. Ərdoğan qeyd edib ki, təlimatlarda zərərvericilərlə mübarizədə əsas məhsul götürülür: “Biz fərqli yanaşma ortaya qoyuruq, zərərvericilər əsas götürülmür, məhsul və onun xüsusiyyətləri əsas götürülür. Buna görə də ötən mövsüm ilində biz alma və zeytun istehsalında dərmanlamanı 70 %-ə qədər azalda bildik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri